Zərifin istefasının səbəblərindən biri İran səlahiyyətlilərinin Xarici İşlər Nazirliyi ilə koordinasiya qurmamasıdır
İran Xarici İşlər Nazirliyi nazir Məhəmməd Cavad Zərifin fevral ayında Suriya prezidenti Bəşər əl-Əsədin Tehrana sürpriz səfər etməsi ilə əlaqədar məlumat almadığı üçün istefa vermək istədiyini söyləyib.
Prezident Həsən Ruhani Zərifin istefasını rədd edərək Tehranın nüvə razılaşmasını dünyanın altı ölkəsi ilə müzakirə etmiş diplomata tam dəstək verib.
Zərif daha sonra işinə dönüb.
Həm Ruhani, həm də Zərif ABŞ prezidenti Donald Tramp ABŞ-ı nüvə razılaşmasından geri çəkdikdən və Vaşinqtonun avropalı müttəfiqlərini onun ardınca getməyə təşviq etdikdən sonra İranın muhafizəkarları tərəfindən təzyiqə məruz qalan mülayim müttəfiqlərdir.
Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi martın 5-də bildirib ki, Zərifin istefasının səbəblərindən biri Əsədin ziyarəti kimi önəmli məsələlərdə İran səlahiyyətlilərinin Xarici İşlər Nazirliyi ilə koordinasiya qurmamasıdır.
Əsəd fevralın 25-də Tehranda dini lider Ayətullah Əli Xamneyi tərəfindən mehribanlıqla qəbul edilib.
Görüşdə həmçinin Ruhani və İran İslam İnqilabı Mühafizləri Korpusunun komandiri general Qassem Soleymanı də iştirak edib.