Robert Köçəryan şərti azadlığa buraxılıb

Apelyasiya Məhkəməsi sabiq prezidentin iddiasını təmin edib

Source:
Robert Köçəryan
Robert Köçəryan


Apelyasiya Məhkəməsi sabiq prezidentin iddiasını təmin edib

Ermənistanın Apelyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın barəsindəki həbs-qətimkan tədbirini dəyişdirib və onu polis nəzarəti altında olmaqla şərti azadlığa buraxıb.

Məlumatı “

Ria Novosti

”-yə vəkil Ruben Saakyan verib.

Vəkil deyib ki, Apelyasiya Məhkəməsi sabiq prezidentin müdafiə iddiasını təmin edib.

Robert Köçəryan

iyulun 28-də

Yerevan Şəhər Məhkəməsinin qərarı ilə həbs olunmuşdu.

Sabiq prezident Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Hadisələr nəticəsində 10 nəfər ölüb.

Ana səhifəXəbərlərRobert Köçəryan şərti azadlığa buraxılıb