İnsan alveri: üstdən aşağı baxılan və istismar olunan Azərbaycan qadınları (1-ci hissə)

Azərbaycanın ucqar kəndində yaşayan bir qadın ailəsinin etinasızlığı ucbatından ona qarşı zorakılıq edən həmyerlisi ilə ailə qurur.

Source:


Noyabrın 25-dən – Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən, 10 dekabr, İnsan Hüquqları Gününə kimi – Cinsi Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü dünyanın hər yerində qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün hərəkətə keçmək vaxtıdır. Bu il UNITE (BİRLƏŞMƏK) kampaniyası 2030-cu ilədək davamlı inkişafın əsas prinsipini əks etdirən “Heç kimin arxasınca getməyin: Qadın və qızlara qarşı zorakılığa son qoyun”  mövzusu  ətrafında Cinsi  Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü keçirəcək. 16 Aktivlik Gününün bir hissəsi kimi Meydan TV insan alveri ilə bağlı əhatəli mövzular nəşr edir. Bu, dörd hissənin birincisidir.


Azərbaycanın ucqar kəndində yaşayan bir qadın ailəsinin etinasızlığı ucbatından ona qarşı zorakılıq edən həmyerlisi ilə ailə qurur. O, həm özünü, həm də uşağını dolandırmaq üçün evi tərk etmək və iş axtarmaq qərarına gəlir. Ancaq o insan alverçilərinin əlinə keçir və aldadılır– Türkiyədə fahişəliyə məcbur edilir. İnsan alverçilərindən canını qurtaran bu qadın Azərbaycana qayıdandan sonra ən böyük travmanı ona kömək edəcəyini deyən dövlət orqanları və onunla zay olmuş mal kimi davranan cəmiyyətdən alır.

Onun adı Xəyalədir. Xəyalənin başına gələnlər Azərbaycanda və Azərbaycandan kənarda qadınların istismarı ilə bağlı aparılan araşdırmanın aktual tərəflərinin kompozisiyasıdır. Xəyalə ailəsinin və cəmiyyətin münasibətinin insan alverçilərinə münbit şərait yaratdığı Azərbaycandakı qadınları təmsil edir.

Gizli xarakter daşıdığından insan alverinin həqiqi miqyasını sayla təsvir etmək mümkün deyil.

Beynəlxalq


Quldarlıq İndeksi

quldarlığın müasir forması altında 45.8 mln. insanın yaşadığını bildirir. Bura cinsi istismar, məcburi əmək, məcburi evlilik, uşaq alveri və əməyin istismarı daxildir.


Dövlət tərəfindən maliyyələşdirilən

media qurumlarının iddialarından fərqli olaraq, Azərbaycan vətəndaşları həm ölkədə, həm də ölkə xaricində istismara məruz qalırlar.

ABŞ hökumətinin 2017-ci ildə insan alverinə dair yaydığı hesabatda

 deyilir ki, Azərbaycan kişi, qadın və uşaq alverinin məbəyi olmaqla yanaşı, həm də tranzit ölkədir.

“Biz, ayrılıqda hər birimiz cəmiyyətdə qadın kimi çox təhlükəli durumla qarşı-qarşıyayıq”, Mehriban Zeynalova Meydan TV-yə deyib. Zeynalova “Təmiz Dünya” İctimai Birliyi qeyri-hökumət təşkilatının və Azərbaycanda məişət zorakılığına məruz qalanlarla yanaşı insan alveri qurbanlarına xidmət göstərən sığınacağın direktorudur. Xəyalə də Azərbaycandakı qadınların vəziyyətinin və zorakılığa məruz qalıb istismar olunan qadınların bir

nümunəsidir.


Bakıdan qərbdə, uzaq əyalətdə dunyaya gələn Xəyalə kiçik qardaşı ilə birlikdə anasının və atasının himayəsində böyüyüb. Onun atası da babası kimi fermer olub. Uşaqlarına və həyat yoldaşının valideynlərinə baxan anasının evdə işi həddindən artıq çox olub. Onun üzündə, sağ gözünün altında dərin çapıq izi var idi. Bu iz evliliyin ilk dörd ili ərzində onun ancaq qız uşaqlarına hamilə qalmasının cəzası idi.


Xəyalə də evdə çox işləyirdi. Valideynləri 16 yaşı tamam olan kimi onu orta məktəbdən çıxartmışdılar. Çünki evdə və tarlada görüləsi çox iş var idi.

 Qadın hüquqlarını müdafiə edən fəal Arzu Qeybullayeva deyir ki, Azərbaycanda qadın alverinin araşdırılmasına gender bərabərsizliyindən başlamaq lazımdır.

Xəyalənin uşaqlığı və erkən yeniyetməlik dövrü bəzilərinin ənənə kimi qəbul etdiyi dəyərlərin Azərbaycanda qadınlara necə mənfi təsir etdiyini və onları yüksək istismar riski altında qoyduğunu göstərir.

Dərin kök atmış stereotiplər və genderin oynadığı rol qızların təhsil almasını məhdudlaşdırır. Xəyalə kimi bir çox azərbaycanlı qızlar təhsildən daha çox ev işlərinə həvəsləndirilir, yaxud da təhsildən birdəfəlik uzaqlaşdırılırlar. BMT-nin İfrat yoxsulluq və insan haqları üzrə keçmiş xüsusi həmməruzəçisi Maqdalena Sepulveda Karmonaya görə, ağır və qeyri-bərabər himayədarlıq öhdəlikləri gender bərabərliyinə, qadınların insan haqlarından yararlanmasına əsas maneə yaradır və əksər hallarda bu, qadınları yoxsullaşması ilə nəticələnir.

Xəyalənin valideynlərinin qazandığı pul ailənin əsas ehtiyaclarına, qardaşının məktəb və hazırlıq kurslarına xərclənirdi. Qardaşı həm ailənin adını daşıyacaq, həm də balaca pay torpağının varisi olacaqdı. Xəyalə isə ərə gedəcəkdi.


18 yaşı tamam olandan az sonra Xəyalə kənddən bir nəfərə ərə verilir. Onun zərif çiyinləri ağ fatanın ağırlığını güclə daşıyır. Azərbaycan ənənələrində görə, onun belinə qırmızı lent bağlanır. Bu, bakirəliyin və toy gecəsi həyat yoldaşının yataq mələfəsini boyayacaq qanın rəngidir.

Qadının cəmiyyətdə aşağı statusu ənənə və dil vasitəsilə Azərbaycan mədəniyyətinə də hörülüb. Digər ölkələrdə olduğu kimi burda da qadınlar ailə quranda bakirə olmalıdırlar. Bunun əksinə olaraq kişilərin evliliyə qədər ismətli qalmalarına dair gözləntilər yoxdur. Azərbaycanda qadının ailə qurmasını ərə vermək adlandırırlar. Azərbaycan atalar sözləri tarixən qadına qarşı zorakılığın qəbul olunduğunu və buna dəstək verildiyini göstərir.



Qızını döyməyən, dizini döyər”.

Bu cür ifadələr gender bərabərsizliyinə təkan verir, ailələrin qızlar və qadınların taleləri haqqında, parlamentdə isə deputatların qanunlarla bağlı verdikləri qərarlara təsir göstərir.


Evlənəndən bir ay sonra Xəyalənin həyat yoldaşı ona ilk dəfə əl qaldırır. O, bunun sonuncu zərbə olmadığını bilirdi, çünki uşaq yaşlarında evdə atasının anasını sayıla bilməyəcək həddə döydüyünün şahidi olmuşdu. Zaman keçdikcə həyat yoldaşının Xəyaləni döyməsi halları da artırdı, anası isə ona başını aşağı salmağı, ağzını yummağı taşırmışdı. Qayınanası bir dəfə ona bu haqda açıq danışdığına görə sillə vurmuşdu. Bir dəfə Xəyalə kömək üçün polisə zəng vurub. Amma dəstəyi qaldıran polis əməkdaşı onu danlayaraq ailə işlərinə qarışmağın yaxşı olmadığını deyib. O, Xəyaləyə tapşırıb ki, bir də polisə zəng etməsin.

Azərbaycanda məişət zorakılığı insan alveri kimi tabu mövzulardan biridir. Parlamentin deputatı Qənirə Paşayeva 2006-ci ildə parlamentdə müzakirələr zamanı məşət zorakılığı haqqında qanuna ehtiyac olduğunu deyib və Azərbaycanda məişət zorakılığına olan münasibətdən danışıb. Azərbaycanda “Məişət zorakılığı” haqqında qanun 2010-cu ildə qəbul olunub.



Azərbaycanda belə bir deyim var: Ər evindən gəlinin ancaq meyiti çıxa bilər. Beləcə, qadın işgəncələrə dözür və bu haqda heç nə danışmır. Biz hətta zamanla qadınları həyat yoldaşlarından şikayət etdiyinə görə tənqid də edirik. Biz onlara deyirik ki, onlar zorakılıq haqqında danışmamalıdırlar”,

– Paşayeva deyib.

Bu sözlər on il əvvəl deyilib. Azərbaycanda qadınların hüquqlarını müdafiə edən hüquq müdafiəçiləri bildirir ki, xüsusilə də ucqar bölgələrdə bu ənənəvi təfəkkür hələ də qalır.

Heç bir dəstək görməyən Xəyalənin həyat yoldaşına qarşı mübarizə aparmaq instinkti ölür, özünə olan güvəni zəifləyir. O, dəfələrlə evi tərk etmək istəyir, amma bunu necə edəcəyini bilmir.

İşsiz, əksər günlərini içkili olan həyat yoldaşı hamiləlik vaxtı və ilk övladları dünyaya gələndən sonra da onu döyməkdə davam edib. O, iş tapa bilməyib, amma iş axtarmaq üçün başqa kəndə, rayona getməkdən də imtina edib.

Meydan TV hökumətin basqısı səbəbindən anonim qalmaq istəyən gender mütəxəssisi ilə danışıb. Ekspert bildirib ki, kəskin pisləşən iqtisadi durum məişət zorakılığı üçün münbit şərait yaradır. O, bildirib ki, hazırkı iqtisadi böhran ölkə miqyasında olan kasıblıq yükünü daha da artıracaq, bunun da qadınara mənfi təsirləri olacaq.

“Növbəti aylarda Azərbaycan böhranın nəticələrini görəcək”, – o, müsahibəsində deyib.

Korrupsiyasının nəticəsi olaraq, hökumətin kasıblığın qarşısının alınması üçün köklü xidmət mexanizmi yoxdur.

 “Freedon House” təşkilatının 2016-ci ildə keçid dövrünü yaşayan xalqlar

 haqqında hazırladığı hesabatda bildirilir ki, hakim elitanın dövlət resurslarını qəsb etməsi faktı Azərbaycanda hələ qalir.


Meydan TV

daha öncə Azərbaycan hökumətinin büdcəni israflı şəkildə xərcləməsinin, sosial yardım proqramındakı boşluqların, xüsusilə də uşaqlı qadınların yoxsullaşmasına təsirləri haqqında yazmışdı.


Xəyalə incimişdi və əksər günlər çörək də yemirdi, tezliklə onun uşağı da ac qalacaqdı. Özünü və övladını taleyin ümidinə buraxmamaq üçün evi tərk etmək və iş tapmaq, beləliklə də


,


 özlərini xilas etmək qərarına gəldi.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova hazırda Praqada yaşayır. Deyir ki, şəxsi həyatı və peşə fəaliyyətinə görə hökumətin təqiblərinə məruz qalıb və ölkədən gedib.

M.Əzizova Meydan TV-yə verdiyi video müsahibəsində Azərbaycanda insan alverinin qarşısının alınması və qadınların reabilitasiyası sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan, Gürcüstan və Ermənistanda insan alveri qurbanlarından müsahibələr götürdüyü layihəsi haqqında danışıb. Əziziova bildirib ki, alver qurbanları arasında bir trend olub.

“Onlar əvvəlcə məişət zorakılığının qurbanları olublar,”- Əzizova deyib.

Bu sahənin mütəxəssisləri deyir ki, məişt zorakılığı və cinsi istismar insan alverinə bir çox vasitə ilə bağlanır. Ailədə qarşılaşdıqları zorakılıq halları qadınları evlərini tərk etməyə məcbur edir. İqtisadi müstəqilliyin olmaması və xidmət sahələrindəki boşluqlar təhlükəli vəziyyətlər yaradır. Xəyalənin hekayəsindən də göründüyü kimi, onlar evi tərk etməyə meyillənirlər, amma maliyyə resursları olmadığından istismara qarşı mübarizə aparmaq üçün çox kövrək olurlar. Onlar daha təhlükəli işlərdə, az maaşla çalışmaq üçün miqrasiya edirlər.

Ana səhifəAnalitikaİnsan alveri: üstdən aşağı baxılan və istismar olunan Azərbaycan qadınları (1-ci hissə)