Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində vaxtilə Təcili Tibbi Yardım üçün tikilməyə başlamış, amma sonradan yarımçıq qalmış binada əsasən Xocalıdan olan məcburi köçkünlər yaşayır. Eyni zamanda Qarabağın işğal olunmuş digər rayonlarından da didərgin düşmüş ailələr var.
“Əsir düşən günü anamı və bir neçə həmvətənlərimi öldürdülər. 1 il 7 ay əsirlikdə qaldım. Gün ərzində bir dəfə yemək verirdilər – quru arpa və duzlu balıq. Bizi Xankəndində donuz fermasında saxlayırdılar. Əmək qabiliyyətini itirdiymə görə demək olar ki, evin bütün işi həyat yoldaşımın üzərinə düşür. 2 qız, 2 oğlan övladım var. Böyük qızım 3-cü sinifdə oxuyur. 3 yaşlı övladımda “Hepatitis B” virusu aşkarlanıb. Köməyimiz ancaq ətrafda yaşayan qonşulardandır”.
“Balaca mətbəxi indi bizə veriblər. Vaxtilə mətbəx olan yer, indi anam, atam, mən və məndən balaca bacı-qardaşım üçün yeganə yaşayış yeridir”.