Füzulidə sakinlər hələ də atəş səslərinin eşidildiyini deyir. Onların sözlərinə görə bu atışmalar bəzən 10 dəqiqə fasilə ilə davam edir.
Füzuli sakini Rüfət Süleymanov deyir ki, gedəcək yerimiz yoxdur. “Heç yere getməmişik. Evimiz də eşiyimizdə oturmuşuq. Təhlükəli olsa da hara getməliyik? Öz torpağımızdır”.
Nailə Ələkbərova isə deyir ki, hər atışma olanda evlərimiz silkələnir. “Ona görə də uşaqları çıxarmışıq. Biz isə burdayıq. Heç yerə getmirik. Öz işimizlə məşğuluq”.
“Atmağına hər gün atırlar. Camaatımızı narahat edirlər. İmkan vermirlər ki, öz torpağımızda yaşayaq”. Bu sözləri başqa bir Füzuli sakini Qəfər Hümbətov deyir. O əlavə edir ki, bizim o atəşləri, hücumları dəf etməyə gücümüz də var, onlara qalıb gəlməyə hünərimiz də.