İqbal Ağazadə: ”Narkotikdən istifadə etmişəm”

İqbal Ağazadə – 7sual
İqbal Ağazadə – 7sual
İqbal Ağazadə – 7sual
İqbal Ağazadə – 7sual



Layihə barədə: Meydan TV-nin “Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmaq, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.


Budəfəki qonağımız Ümid Partiyasının sədri İqbal Ağazadədir

–

Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?

–          Həyatda ən böyük xəyanəti vicdanıma etmişəm…

–

İndiyə qədər sizi utandırmaqda davam edən işiniz, ya hərəkətiniz hansıdır?

–          Var. Lakin bir şey ki, hələ də məni utandırırsa, sizcə, onu bölüşməliyəmmi?

–

Həyatınızdan silmək istədiyiniz gün?

–          28 fevralı həyatımdan silmək istərdim…

–

İlk siqaretinizi neçə yaşında çəkmisiniz?

–          İlk siqaretimi 4 yaşında çəkmişəm. Evdə işləyən ustaların “Avrora” siqaretini oğurlayırdım

–

Gənclikdə ya sonra narkotiklərdən istifadə etmisiniz?

–          Narkotikdən istifadə etmişəm. Bu, hərbi xidmətdə olarkən təsadüfən baş verib

–

Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya da çox gənc, ya da evli qadına (kişiyə) vurulmusunuz? Sirr deyilsə, sonu necə olub?

–          İnsan yaşadığı surətdə çox vurulur, lakin hər vurulmaq sevgi olmur. Vurulduğum dönəmlər olub, qocalanda sonlarını bir-bir danışacam…

–

Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?

–          Hər yeməyi bişirə bilirəm, lakin qurman olmadığım üçün pendir-çörək yeməklə də kifayətlənə bilirəm

Ana səhifə ▸ Video ▸ İqbal Ağazadə: ”Narkotikdən istifadə etmişəm”