Bakı sakinləri ötən il baş verən iki devalvasiyadan sonra manatla necə yola getdiklərindən danışırlar:
– Manatla sürünə-sürünə yola gedirik. İş yox, güc yox, camaat güclə dolanır.
– Manatla heç cür yola getmirəm. Pulum yox, param yox, iş yox, dolana da bilmirik. Müştəri də gəlmir. Maşına minən yoxdur. Camaatda pul yoxdur gəlib maşına minsin. Heç planı ödəyə bilmirik.