Azərbaycan gömrüyü Gürcüstandan 70,3 milyon dollar idxal barədə məlumat verir. Gürcüstan tərəfinə görə, 8 ayda Azərbaycana ixrac həcmi 102 milyon dollar çox olub
Bu ilin 8 ayında Azərbaycanla Gürcüstan arasında ticarət həcmi 320,9 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 98,9 milyon dollar və ya 23,6 faiz azdır, deyə Gömrük Komitəsi bildirir. Gürcüstan gömrükçüləri isə başqa rəqəmlər verib.
Gürcüstanın rəsmi məlumatına görə, 2015-ci ilin yanvar-avqustunda Azərbaycanla əmtəə dövriyyəsi həcmi 395,4 milyon olub. Bu, ötən ilin eyni dövründəkindən (794,7 milyon dollar) iki dəfə azdır.
Azərbaycan gömrüyü Gürcüstandan 70,3 milyon dollar idxal barədə məlumat verir. Gürcüstan tərəfinə görə, 8 ayda Azərbaycana ixrac həcmi 102 milyon dollar çox olub. Azərbaycan gömrüyü bu dövrdə Gürcüstana 272,6 milyon dollar, Gürcüstan 357,8 milyon məbləğində ixracat barədə məlumat verir.
Bir neçə örnək sübut edir ki, Azərbaycanla Gürcüstan öz istədiyi kimi hesablayır.
Azərbaycan tərəfinin məlumatına görə, bu ilin I yarısında Gürcüstandan 482 min dollar məbləğində 39,9 ton dərman idxal edilib. Gürcüstan bildirir ki, sərhədindən 15 milyon 656,7 min dollar məbləğində 1000 ton dərman preparatı keçib.
Gürcüstan Azərbaycana 7 milyon 780 min dollar məbləğində mal-qara ixrac etdiyi bildirir. Azərbaycan gömrüyü bu məbləğin 757 min dollar olması barədə məlumat verir.
Bu ilin I yarısında Azərbaycan Gürcüstana 555,6 min dollar (Azərbaycanın Gömrük Komitəsi) məbləğində gips ixrac edib. Gürcüstan gömrüyü bu malı (36,9 min ton) 5,1 milyon dollar qiymətləndirir.
Turan İA