20.05.Səudiyyə Ərəbistanı hökumətinin son məlumatına görə, artıq Minada baş verən faciədə ölənlərin sayı 753-ə, yaralılar isə 887 nəfərə çatıb.
18.05. Reutersin məlumatına görə, ölənlərin sayı 717 nəfərə çatıb. 800-dən çox yaralı var. Səudiyyə Ərəbistan rəhbərliyi hadisə yerinə 200 təcili tibbi yardım avtomobili göndərib.
Ölən və yaralılar arasında azərbaycanlılar yoxdur
16.55. Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır. İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.
M.Payızov bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub. M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır
Türkiyənin “Milliyyet” qəzetinin son xəbərinə görə, Həcc ziyarəti zamanı Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 adam ölüb, 400 nəfər yaralanıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ölənlərin sayı artır.
Məlumatı Səudiyyə Ərəbistanının mülki müdafiə qurumu yayıb.
Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.
Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır.
İdarə rəsmisinin sözlərinə görə, bütün zəvvarlar Mina dağındadılar. Onlar 3 gün ərzində burda şeytana daş atmalıdırlar.