Rəsmi Bakı Dövlət Departamentinin hədəfində

Azərbaycanda qanunsuz həbslər və “hökumət rəsmilərinin təhlükə kimi gördüyü şəxslərə” qarşı uzunmüddətli həbs qətimkan tədbirlərinin sayı artır

Source:


Az


ə


rbaycanda qanunsuz h


ə


bsl


ə


r v


ə






h


ö


kum


ə


t r


ə


smil


ə


rinin t


ə


hl


ü


k


ə


kimi g


ö


rd


ü


y


ü



şə


xsl


ə


r


ə





qar


şı


uzunm


ü


dd


ə


tli h


ə


bs q


ə


timkan t


ə


dbirl


ə


rinin say


ı artır

ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatda İslam Dövləti (İD) qruplaşmsı yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə sərt tənqid edib.

“İnsan Haqları 2014” adlı hesabatda qeyd olunur ki, ötən ilin ən diqqətçəkən tendensiyası İD yaraqlılarının Suriya və İraqda etnik azlıqlara qarşı qəddarlığıdır. Həmin azlıqlar İD-nin esktremist baxışlarına uyğun gəlmədikləri üçün qəddarlığa məruz qalıblar.


RUS


İ


YA V


Ə



İ


RAN

Rusiya hökuməti təkcə ölkə daxilindəki pozuntulara görə deyil, Ukraynanın Krım vilayətini anneksiya etməsinə, Ukraynanın şərqində rusiyapərəsət separatçıları dəstəkləməsinə görə də kəskin tənqid olunub. Hesabatda Rusiyanın siyasi sisteminin “getdikcə avtoritarlaşdığı”, “ölkə daxilində narazıların boğulması üçün yeni tədbirlərə əl atıldığı” qeyd olunur.

Hesabatda deyilir ki, Rusiya qüvvələri və rusiyapərəst separatçılar Ukraynanın şərqində “digər saysız insan haqları pozuntuları” törədiblər.

Dövlət Departamenti İranı sərbəst toplaşma, ifadə, din və mətbuat azadlığını sərt şəkildə məhdudlaşdırmasına görə tənqid edir. Sənəddə o da qeyd olunur ki, İran dünyada edamlara görə ikinci yeri tutur.


AZ


Ə


BAYCANDAKI POZUNTULAR

Dövlət Departamenti Azərbaycanda  korrupsiya iddialarının geniş yayıldığı bir vaxtda dinc narazıların, tənqidi jurnalistlərin cəzalandırılması üçün məhkəmə sistemindən istifadə olunmasını tənqid edib.

Hesabatda deyilir ki, Bakının tətbiq etdiyi məhdudiyyətlərə “insan haqları müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin qorxudulması, şübhə yaradan ittihamlarla həbsi və onlara qarşı gücdən istifadə” daxildir.

Dövlət Departamenti Azərbaycanda qanunsuz həbslər və saxlamaların, eləcə də siyasi motivli həbslərin və “hökumət rəsmilərinin təhlükə kimi gördüyü şəxslərə” qarşı uzunmüddətli həbs qətimkan tədbirlərinin sayının artdığını qeyd edir.

İnsan haqları hesabatı eləcə də “orduda fiziki zorakılıq; həbsxanalarda işgəncə və ya digər sui-istifadə halları; həyata təhlükə yaradan həbsxana şəraitini” Azərbaycanda ciddi insan haqları pozuntuları kimi sadalayır.


AVTOR


İ


TAR


Ö


LK


Ə


L


Ə


R

Əfqanıstanda ən ciddi problem islamçı yaraqlıların dinc sakinlərə hücumudur. Əfqan təhlükəsizlik qüvvələri də çoxsaylı insan haqları pozuntularına yol verməkdədir. Saxlanan şəxslərə işgəncə verilməsi, qadınlara və qızlara qarşı diskriminasiya ciddi pozuntular sırasındadır.

Tacikistan “avtoritar ölkə” kimi təsvir olunur, belə ki, vətəndaşları hökuməti “azad və ədalətli seçkilər” yoluyla dəyişə bilmirlər.

Bosniya-Herzeqovinada “ən ciddi problemlər” sırasında hökumət korrupsiyasının olduğu vurğulanır.

Belarus da “rəsmiləri tənqid etdiyinə, nümayişlərdə iştirakına və digər siyasi səbəblərə görə vətəndaşların qanunsuz həbs olunduğu avtoritar ölkə” adlandırılır.

“2014-cü ildə Belarusda hökumətin bütün qanadlarında korrupsiya problem olaraq qalıb,” hesabatda belə deyilir.

***



İ




yunun 25-d




ə




AB




Ş




D




ö




vl




ə




t katibi John Kerry D




ö




vl




ə




t Departamentinin 2014-c




ü




il




İ




nsan Haqlar




ı




Hesabat




ı




n




ı




a




çı




qlayacaq.

Hesabatın Bakı vaxtıyla saat 23 00-da açıqlanacağı gözlənir.

İllik İnsan Haqları hesabatı dünyanın ayrı-ayrı ölkələrində insan haqlarının durumunu əks etdirir. O cümlədən Azərbaycanda.

Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Tom Malinowski əlavə qeydlərlə çıxış edəcək və suallara cavab verəcək.

Bu ilki İnsan Haqları hesabatının açıqlanması bir dəfə təxirə salınıb.

 azadliq.org

Ana səhifəXəbərlərRəsmi Bakı Dövlət Departamentinin hədəfində