Leyla və Arif Yunusların işində yeni gəlişmə

Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq

Source:


Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaq işində dövlətə xəyanət maddəsi ayrıca icraata götürülüb.

Bu haqda “Turan İA”a Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, digər maddələr üzrə Leyla Yunusun istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda məhkəməyə göndərilməsi gözlənilir:

Məhkəmədə yalnız iqtisadi maddələrə baxılacaq. Vətənə xəyanət maddəsi bu işdən kənarlaşdırılmasını vəkil Yunusların işində “yaxşı” perspektiv adlandırıb.  Bu maddə üzrə istintaq dayandırıla da bilər, ayrıca davam etdirilə də bilər.

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar.

Ana səhifəXəbərlərLeyla və Arif Yunusların işində yeni gəlişmə