Arif Hacılı Aİ-nin dəvəti ilə Brüsseldə səfərdədir

Görüşlərdə müzakirə olunan mövzular Azərbaycan və postsovet ölkələrinin avrointeqrasiyası məsələləri, siyasi islahatlar, siyasi məhbuslar problemi, Qarabağ münaqişəsi, Avropa qurumları ilə əməkdaşlıq olub

Source:


Görüşlərdə müzakirə olunan mövzular Azərbaycan və postsovet ölkələrinin avrointeqrasiyası məsələləri, siyasi islahatlar, siyasi məhbuslar problemi, Qarabağ münaqişəsi, Avropa qurumları ilə əməkdaşlıq olub

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının dəvəti ilə Brüsseldə keçirilən “Liberal-demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi” konfransında iştirak edir.

Müsavat Partiyasının mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, səfər çərçivəsində Arif Hacılı dövlət xadimləri və postsovet məkanının siyasətçiləri ilə görüşlər keçirib.

Xüsusən, Avropa Liberal İttifaqının prezidenti Giy Verxovstadt, Avropa Parlamentinin xarici əlaqələr üzrə əlaqələndiricisi Hans Van Balen, Avropa Parlamentinin insan hüquqları komissarı Vera Jurova, Finlandiyanın keçmiş baş naziri Anneli Yaattenenmyaki, RF-nin keçmiş baş naziri Mixail Kasyanov, Rusiyanın “Yabloko” partiyasının rəhbəri Sergey Mitroxin, Ukrayna Ali Radasının deputatı Mikoloy Katerinçuk, Gürcüstanın keçmiş XİN rəhbəri Maya Pancikidze və başqaları ilə görüşlər keçirilib.

Görüşlərdə müzakirə olunan mövzular Azərbaycan və postsovet ölkələrinin avrointeqrasiyası məsələləri, siyasi islahatlar, siyasi məhbuslar problemi, Qarabağ münaqişəsi, Avropa qurumları ilə əməkdaşlıq olub.

Arif Hacılının səfəri həftənin sonuna qədər davam edəcək.

Ana səhifəXəbərlərArif Hacılı Aİ-nin dəvəti ilə Brüsseldə səfərdədir