“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər”
“Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb”.
APA
-nın məlumatına görə, bunu Azərbaycan
Prezident Administrasiyası
rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri
Novruz Məmmədov
özünün “
Twitter
” səhifəsində yazıb.
“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”, – deyə N. Məmmədov qeyd edib.