Dollar 0,05 faiz ucuzlaşıb

Source:

Bu gün iyunun 17-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi azalıb.



APA

-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 18-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0005 manat və ya 0,05 faiz azalaraq 1,0474 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0099 manat və ya 0,84 faiz bahalaşaraq 1,1900 manat olub.

Sonuncu dəfə avronun məzənnəsi bu səviyyəyə 2007-ci ilin sentyabrın 19-da yüksəlib. Həmin il Avrozonanın vahid valyutasının məzənnəsi 1,2400 manatadək yüksəlməyə bacarıb.

Ana səhifəXəbərlərDollar 0,05 faiz ucuzlaşıb