İyunun 17-də, yerli vaxtla 02:05-də Türkiyənin 9-cu prezidenti
Süleyman Dəmirəl
müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.
APA
-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.
“Hörmətli 9-cu Cumhurbaşqanımız
Süleyman Dəmirəl
, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Süleyman Dəmirəl
ə Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik”, açıqlamada deyilir.