BMT-nin Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb

Ədalətli məhkəmə hüququnun pozulması və vicdan məhbuslarının məhkəməöncəsi uzun müddət həbsdə saxlanılması haqqında məlumatlardan narahatdır

Source:


“Ədalətli məhkəmə hüququnun pozulması və vicdan məhbuslarının məhkəməöncəsi uzun müddət həbsdə saxlanılması haqqında məlumatlardan narahatdır”

Cenevrədə İnsan Hüquqları Şurasının 29-cu sessiyasında BMT Ali Komissarı Zeyd Raad əl-Hüseyn bir sıra postsovet ölkələrini QHT və vətəndaş fəallarının təqibinə son qoymağa çağırıb.

BMT-nin Cenevrə ofisinin mətbuat xidmətindən “Turan İA”a verilən məlumata görə, Ali Komissar Rusiyanın xarici və beynəlxalq təşkilatlar haqqında yeni qanununu tənqidə məruz qoyub, Azərbaycanda siyasi məhbuslara dəstək ifadə edib və Mərkəzi Asiyanın bir sıra ölkələrinin QHT-lərə qarşı yönəlmiş qanun layihələrini pisləyib.

Rusiya Federasiyası haqqında danışan Ali Komissar qeyd edib ki, “129-F3 saylı yeni federal qanun” hakimiyyətin xarici və beynəlxalq təşkilatları “arzuolunmaz” elan etməsinə və konstitusiya quruluşu, dövlət təhlükəsizliyi və ya müdafiə üçün təhlükə yaratmasına əsaslanaraq onları bağlamasına imkan verəcək.

Bir sıra Mərkəzi Asiya ölkələrində, o cümlədən Qazaxıstan, Qırğızıstan və Tacikistanda hazırda xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik layihələri hazırlanır. “Bu qanunlar qəbul edilsə, bu, demokratik azadlıqların daha da məhdudlaşdırılmasına gətirib çıxaracaq”, deyə Zeyd Raad əl-Hüseyn qeyd edib.

Azərbaycandakı vəziyyətə toxunan komissar bildirib ki, ədalətli məhkəmə hüququnun pozulması və vicdan məhbuslarının məhkəməöncəsi uzun müddət həbsdə saxlanılması haqqında məlumatlardan narahatdır.

“Mən hakimiyyəti humanitar nöqteyi-nəzərdən səhhətində problem olanları azad etməyə, həmçinin yalnız öz hüquqlarını həyata keçirdiyinə görə azadlıqdan məhrum edilmiş şəxsləri əfv etməyə və onlara qarşı ittihamları ləğv etməyə çağırıram”, deyə Ali Komissar bildirib.

Ana səhifəXəbərlərBMT-nin Ali Komissarı Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb