Arif Məmmədov səfir vəzifəsindən geri çağrıldı (yenilənib)

“Hesab edirəm ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim”

Source:


“Hesab edirəm ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim”

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqıyanındakı səfiri Arif Məmmədov vəzifəsindən geri çağırılıb.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, A. Məmmədov İƏT-in diplomatı statusundan məhrum edilib və təşkilat sıralarından qovulub.

A. Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb.

Arif Məmmədov “Azadlıq” qəzetinə məlumatla bağlı deyib ki, o özü istefa ərizəsi verərək bu postdan gedib və səfiri olduğu beynəlxalq Təşkilat da onun bu ərizəsini nəzərə alıb: “Artıq heç kəsə sirr deyil ki, mən peşəkar siyasətə gələrək, ölkəmin və xalqımın problemləri ilə məşğul olacağımla bağlı bəyanat vermişəm. Bu bəyanat bütün ölkə ictimaiyyətinə, eləcə də Avropanın siyasi çevrələrinə bəllidir. Hər kəs anlayışlı qarşılayar ki, mənim siyasətçi olaraq konkret bir beynəlxalq təşkilatın səfiri vəzifəsilə özümü məhbdudlaşdırmağım doğru alınmazdı. Hesab edirəm ki, bu vəzifədən istefa verməli idim və bunu da etdim”.

Ana səhifəXəbərlərArif Məmmədov səfir vəzifəsindən geri çağrıldı (yenilənib)