Emin Hüseynov artıq İsveçrədə

İsveçrə Federal Xarici İşlər Departamenti: “Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir”.

Source:


İsveçrə Federal Xarici İşlər Departamenti: “Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir”.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov İsveçrəyə gedib. Bu barədə məlumatı

virtualaz.org

saytı yayıb. Saytın məlumatına görə,  Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynov 10 aydan çoxdur sığındığı İsveçrə səfirliyini tərk edib.

Emin Hüseynov bu gün səhər səfirliyin binasından çıxarılıb və İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçub. Didye Burkhalter Avropa Oyunlarının açılışı mərasimində iştirak etmək üçün iyunun 12-də Bakıya gəlib.

İsveçrə Federal Xarici İşlər Departamentinin ATS agentliyinə verdiyi rəsmi məlumata əsasən, Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir.

Nazirliyin nümayəndəsi Jan-Mark Crevoiser bildirib ki, 35 yaşlı Emin Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir. İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-lərə açıqlama vermək istəmədiyini bildirib.

Məlumatı Meydan TV-yə RATİ rəhbərinin qardaşı Mehman Hüseynov da təsdiqləyib. İyunun 12-də isə “Swiss Public TV”-nin əməkdaşı Sandro Brotz bu barədə öz tvitter səhifəsində məlumat paylaşıb.

E.Hüseynov ötən ilin avqustunda hüquq-mühafizə orqanlarının RATİ-nin ofisində axtarışından sonra İsveçrə səfirliyinə sığınıb.

İsveçrə XİN bildirib ki, E.Hüseynova “humanitar əsaslarla” səfirlikdə sığınacaq verilib.

Ana səhifəXəbərlərEmin Hüseynov artıq İsveçrədə