I Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manatdan çox xərclənib

“Soçi Olimpiadasının açılış və qapanışına 1,6 milyard rubl xərclənmişdi ki, bu da o zamankı məzənnə ilə 50 milyon dollara bərabərdir”

Source:


“Soçi Olimpiadasının açılış və qapanışına 1,6 milyard rubl xərclənmişdi ki, bu da o zamankı məzənnə ilə 50 milyon dollara bərabərdir”

I Avropa Oyunlarının ancaq açılış mərasiminə sərf edilən xərc 100 milyon manatı ötüb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov I Avropa Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov mətbuat konfransında həmçinin qeyd edib ki, Avropa Oyunlarında Avropa ölkələrinin liderlərinin iştirak etməməsi barədə sosial şəbəkələrdə hansısa şəxslər tərəfindən verilən məlumatlar düzgün deyil.

Nazir qeyd edib ki, acılış mərasimində Avropa ölkələrinin liderləri çox yüksək səviyyədə təmsil olunub: “Qeyd edilən ölkələrin hamısının rəhbərləri acılışda iştirak edib. Tədbirdə İsveçrə, Böyük Britaniya, İtaliyadan dövlət rəsmiləri iştirak ediblər”.

A.Rəhimov bildirib ki, acılış mərasimində Avropa və Azərbaycan mədəniyyətinin tarazlı şəkildə təqdim olunmasına nail olunub.

İqtisadçı Natiq Cəfərli nazirin açıqlamasını Facebook səhifəsində belə şərh edib: ” 2012-ci ildə London Olimpiadasının açılışına 35, qapanışına 30, ümumilikdə 65 milyon dollar vəsait xərclənmişdi, keçən il Soçi Olimpiadasının açılış və qapanışına 1,6 mlrd. rubl xərclənmişdi ki, bu da o zamankı məzənnə ilə 50 milyon dollara bərabərdir. Bunları yazmaqda məqsədim odur ki, eyforiyadan ayılın, siqaret yandırın, ya kofe-çay süzün, yaxşıca düşünün…”.

Ana səhifəXəbərlərI Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manatdan çox xərclənib