“Hakimiyyət siyasi məhbusların azad edilməsi çağırışlarına məhəl qoymur”

Təşkilat Avropa Oyunlarının açılışında iştirak edən dövlətlərin nümayəndələrini həbsdə olan jurnalistlərin və hüquq müdafəçilərinin azadlığa buraxılmasını tələb etməyə çağırıb

Source:


Təşkilat Avropa Oyunlarının açılışında iştirak edən dövlətlərin nümayəndələrini həbsdə olan jurnalistlərin və hüquq müdafəçilərinin azadlığa buraxılmasını tələb etməyə çağırıb

Birinci Avropa Oyunlarının açılışı ərəfəsində Azərbaycan hakimiyyəti həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxllması ilə bağlı beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur.

Bu barədə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatın bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, son ildə ölkədə vətəndaş cəmiyyətinə, QHT və jurnalistlərə qarşı repressiyalar artıb.

Bu repressiyaların nəticəsində bir neçə hüquq müdafiəçisi, jurnalist uydurma ittihamlarla həbs olunub.

Təşkilat Avropa Oyunlarının açılışında iştirak edən dövlətlərin nümayəndələrini həbsdə olan jurnalistlərin və hüquq müdafəçilərinin azadlığa buraxılmasını tələb etməyə çağırıb.

Təşkilat həmçinin Amnesty İnternational nümayəndə heyətinin, britaniyalı jurnalist Emma Hyuzun və digər KİV nümayəndələrinin ölkəyə buraxılmamasını pisləyib.

Qurum Azərbaycanda fəallara və jurnalistlərə qarşı repressiyaları pisləyir, onların azadlığa buraxılmasını tələb edir (Turan İA).

Ana səhifəXəbərlər“Hakimiyyət siyasi məhbusların azad edilməsi çağırışlarına məhəl qoymur”