Vəkil Əlayif Həsənova qarşı iddiaya baxılıb

Hakim vəsatətləri rədd edib

Source:


Hakim vəsatətləri rədd edib

Noyabrın 5-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə Nuriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı iddiasına baxılıb. Səbəb vəkil Əlayif Həsənovun mediada Nuriyyə Hüseynovanın Leyla Yunusu döyməsi barədə açıqlamasıdır.

Prosesdə vəkillər Muxtar Mustafayevin və Cavad Cavadovun vəsatətləri təmin olunmayıb. Etiraz etdiyinə görə hakim Azər Tağıyev Əlayif Həsənova səsini də qaldırıb və vəkilin vəsatəti 10 dəqiqəlik müşavirədən sonra rədd edilib. Əlayif Həsənov hakimin daha çox Nuriyyə Hüseynovaya danışmaq imkanı yaratmasından narazılığını ifadə edib.

Vəkil Cavad Cavadov işə Zərdab rayon məhkəməsində baxılması haqqında vəsatəti dəstəkləyib. Ancaq hakim bununla razılaşmayaraq, işin Zərdab rayon məhkəməsinə göndərilməsi haqqında vəsatətə artıq baxıldığını bildirib.

Daha sonra Əlaif Həsənov deyib ki, o, ona aid olmayan ifadələrə görə mühakimə olunur. “Azadlıq” qəzetinin onun facebook-dakı statusundan istifadə edərək, ona öz şərhlərini əlavə etdiyini qeyd edən vəkil redaksiyanın bütün bunları təsdiq edən rəsmi sənədi məhkəməyə təqdim etdiyini bildirib.

“Sadəcə olaraq, məni, necə olursa olsun, mühakimə etmək və bunu Yasamal rayon məhkəməsində etmək istəyirlər”, deyə Həsənov vurğulayıb.

Öz növbəsində, Nuriyeva bildirib ki, o, işə Zərdab rayonunda baxılmasına qarşıdır. O, bunu xəstə olması və uzaq yolun onun səhhətinə mənfi təsir edəcəyi ilə əsaslandırıb.

Daha sonra Əlaif Həsənov bütünlükdə Yasamal rayon məhkəməsi heyətinə etiraz edib. Lakin etiraz qəbul edilməyib.

Proses sabah axşam 17.00 da davam edəcək. Qərar oxunacağı gözlənilir.

Ana səhifəXəbərlərVəkil Əlayif Həsənova qarşı iddiaya baxılıb