Leyla Yunusla bağlı daha bir bəyanat

“Təcili olaraq insan hüquqları müdafiəçisinin fiziki və psixoloji toxunulmazlığı təmin edilsin”

Source:


“Təcili  olaraq  insan  hüquqları müdafiəçisinin fiziki və psixoloji toxunulmazlığı təmin edilsin”

İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (

OMCT

) və İnsan Hüquqları naminə Beynəlxalq Federasiya (

FIDH

) həbsdə olan hüquq müdafiəçisi  Leyla Yunusla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan hökumətindən vəziyyətə təcili müdaxilə etməyi tələb edib.

Tələbdə deyilir:

“Təcili  olaraq  insan  hüquqları müdafiəçisi Leyla və Arif Yunusların bütün hallarda fiziki və psixoloji toxunulmazlığı təmin edilsin.

Leyla Yunusun kamerasının dəyişdirilməsi, ona hücumla bağlı  şəffaf   hərtərəfli  təhqiqat  aparılması, günahkarın  qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək, Yunusların  dərmanla, xəstəxana və  təcili adekvat tibbi yardım göstərilməsi, o cümlədən  onların, digər insan hüquqları fəaliyyəti ilə məşğul olan hüquq müdafiəçilərinin  dərhal və qeyd-şərtsiz azad edilsin,  Azərbaycanda bütün insan hüquqları müdafiəçilərinə qarşı, ümumiyyətlə, xanım Leyla Yunus, cənab Arif Yunusov qarşı  məhkəmə və istintaq səviyyələrdə, o cümlədən  hər hansı bir təcavüzə  son qoyunlsun”.

Eyni zamanda, hər iki  təşkilat 9 dekabr 1998-ci il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən İnsan Hüquqları Müdafiəçiləri dair BMT bəyannaməsinin müddəalarına istinad edib.

Ana səhifəXəbərlərLeyla Yunusla bağlı daha bir bəyanat