Dövlət Sərhəd Xidməti 3 tona yaxın narkotik olayına reaksiya verdi

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi də bir- birinə “ötür-ötür əməliyyatı” edərək şərh vermək istəməyiblər.

Source:


Daxili


İş


l


ə


r Nazirliyi,



Ba


ş


Prokurorluq, D


ö


vl


ə


t G


ö


mr


ü


k Komit


ə


si



d


ə


bir- birin


ə






ö


t


ü


r-


ö


t


ü


r


ə


m


ə


liyyat


ı





ed


ə


r


ə


k




şə


rh verm


ə


k ist


ə


m


ə


yibl


ə


r.

Dövlət  Sərhəd  Xidməti (DSX) Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində  2 790 kiloqram “maye heroin”in aşkar edilməsi ilə bağlı məlumatı təsdiq etmir.

DSX mətbuat xidmətinn rəhbəri  Elxan Nağıyev  “Turan İA”-a bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda  Gürcüstan  hüquq- mühafizə orqanları  bizə  müraciət etməyiblər” – deyə xidmət rəhbəri məlumatı  inkar  edib.

Bununla bağlı  Milli Təhlükəsizlik Nazirliyinin  mövqeyini  öyrənmək istədikdə   İctimaiyyətlə Əlaqələr Mərkəzi   Gömrük Komitəsinə  və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.

Daxili İşlər Nazirliyi,  Baş Prokurorluq , Dövlət Gömrük Komitəsi  də bir- birinə “ötür-ötür əməliyyatı” edərək  şərh vermək istəməyiblər.

Qeyd edək ki, iyulun11-də Gürcüstan DİN mətbuat mərkəzi  bildirib ki, Azərbaycandan Gürcüstana gedən yük avtomobilində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

“Bu həcmdə narkotik vasitənin götürülməsi  Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80 faiz təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır” – DİN qeyd edib.

Ana səhifəXəbərlərDövlət Sərhəd Xidməti 3 tona yaxın narkotik olayına reaksiya verdi