Birlik sədri cəzasını ümumi rejimli təcridxanada çəkəcək.
İyulun 14-də Gəncə şəhər Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” İB-nin rəhbəri Həsən Hüseynliyə hökm oxunub.
Həsən Hüseynli son sözünü deyəndən sonra hakim Ayaz Mahmudov birlik sədrinin 6 il azadlıqdan məhrum edilməsi haqqında hökmü elan edib.
Həsən Hüseynlinin cəzasını ümumi rejimli təcridxanada çəkəcəyi bildirilib.
İyulun 11-də dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs cəzası istəmişdi.