“Bu q
ə
d
ə
r narkotik madd
ə
nin a
ş
kar edilm
ə
si G
ü
rc
ü
stan
üçü
n g
ö
r
ü
nm
ə
mi
ş
hadis
ə
dir”
Gürcüstan DİN beynəlxalq narkotrafikin qarşısını alıb. Qonşu ölkə ərazisilə Azərbaycandan Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin” aşkar edilib.
Axtarış zamanı içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkarlanıb. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Məlumatı iyulun 11-də Gürcüstan DİN mətbuat mərkəzi məlumat yayıb.
“Bu qədər narkotik maddənin aşkar edilməsi Gürcüstan üçün görünməmiş hadisədir. Ekspert-kriminal xidmətin məlumatına görə, narkotik maddə 80 faiz təmiz heroindən ibarətdir, bazar qiyməti yüz milyonlarla dollardır” – DİN-nin məlumatında belə deyilir.
Ekspertlərin məlumatına görə, maye heroinin tərkibi bir neçə il öncə Əfqanıstan narkotik maddə istehsalçıları tərəfindən hazırlanıb və “Allahın göz yaşları” adlandırılıb. Maye heroinin formulu heroin qaçaqmalçılığının sadələşdirilməsi və onun müxtəlif texniki və ya ərzaq malları adı altında ört-basdır edilməsi üçün yaradılıb.
Yük onlarla 20 litrlik plastik qabda olub və gizlədilməyib. Necə olub ki, yük maneəsiz şəkildə Azərbaycandan daşınıb? Bu suala Azərbaycan DİN, MTN, Sərhəd Xidməti və Gömrük Xidməti cavab verməlidir.
Ekspertləin fikrincə, belə həcmdə narkotik maddənin himayədar olmadan daşınması mümkün deyil. Bu əməliyyatın arxasında kimim durduğu və Azərbaycanda kim tərəfindən himayə olunduğu sual doğurur.
Bu sualın cavabı isə yükün özündən daha maraqlı və vacibdir.