NİDA-çıların vəsadəti təmin olunmadı

İlkin Rüstəmzadə: “Prokurora tövsiyyə edirəm ki, dosta zəng xidmətindən istifadə etsin. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə çıxmış prokuror həmkarı ilə danışıb ondan soruşsun ki, qarşısında duranlar kimlərdir”.

Source:


İ


lkin


R


ü


st


ə


mzad


ə: “P


rokurora t


ö


vsiyy


ə


edir


ə


m ki, dosta z


ə


ng xidm


ə


tind


ə


n istifad


ə


etsin. Bak


ı


A


ğı


r Cinay


ə


tl


ə


r M


ə


hk


ə


m


ə


sind


ə


bu i


şə



çı


xm


ış


prokuror h


ə


mkar


ı


il


ə


dan


ışı


b ondan soru


ş


sun ki, qar


şı


s


ı


nda duranlar kiml


ə


rdir


”.

İyulun 11-i Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatı üzvlərinin növbəti məhkəmə iclası keçirilib.

Prosesdə iyulun 10-da əfv ərizəsi yazan NİDA üzvü Şahin Novruzlu, habelə onun valideynləri də iştirak edib. Ş.Novruzlu yazdığı əfv ərizəsi ilə bağlı hər hansı açıqlama verməyib.

İclasın əvvəlində vəkil Elton Quliyev hüquqlarını müdafiə etdiyi İlkin Rüstəmzadə ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, İlkinin səhhətində ciddi problemlər var: “Yanvar ayında təcridxana rəhbərliyinə İlkinin müayinə və müalicəsi üçün məktub göndərmişdim. Lakin səmərə vermədi. İlkin ayrı-ayrı xəstəliklərdən əziyyət çəkir. Onun müayinəsi üçün Pentesionar Xidmətin müalicə müəssisəsində lazım olan avadanlıq yoxdur. O, mütləq özəl klinikalardan birində müayinə olunmalıdır. Konkret olaraq İlkinlə bağlı beyin tomoqrafiyasına ehtiyac var. “Həbs yerlərində saxlanılan şəxsin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 22.6-cı maddəsində göstərilir ki, cinayət təqibini həyata keçirən orqanın qərarı olmalıdır ki, şəxs kənarda müayinə olunsun. İlkinlə bağlı belə bir müayinəyə razılıq verilməsi məhkəmə prosesinin gedişinə mane olmur. Ona görə də xahiş edirəm ki, məsələyə qısqanclıqla yanaşmayasız və onun bu hüququnu təmin edəsiz”.

Təqsirləndirilən şəxslər və vəkillər də bu vəsatəti dəstəklədilər. Lakin prokuror vəsatətin təmin olunması ilə razılaşmayaraq, bildirdi ki, İ.Rüstəmzadənin Pentensionar Xidmətin nəzdində olmayan klinikalarda müayinəsinə ehtiyac yoxdur. “Lazım olarsa, kənardan mütəxəssis dəvət edilə bilər”.

Amma etiraz edən vəkil Elton Quliyev bunun qanunun vətəndaşa verdiyi hüquq olduğunu və bu hüququn təmin edilməli olduğunu vurğuladı.

Siyasi məhbus İlkin Rüstəmzadə isə “prokurora tövsiyyə edirəm ki, dosta zəng xidmətindən istifadə etsin. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə çıxmış prokuror həmkarı ilə danışıb ondan soruşsun ki, qarşısında duranlar kimlərdir” deyə reaksiya verdi.

Bütün etirazlara baxmayaraq, məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar verdi. Hakim bildirdi ki, araşdırma aparılacaq və zərurət yaranarsa, bu vəsatət təmin olunacaq.

Daha sonra E.Quliyev hakimin diqqətinə çatdırdı ki, onlar ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək istəyirlər. Lakin qərarı hələ də ala bilməyiblər.

Müdafiə tərəfi apelyasiya instansiyasında prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsini istəmişdi. Lakin məhkəmə ilkin baxış iclasının qərarında bu vəsatəti təmin etməyərək prosesin istintaq aparılmadan keçirilməsini müəyyənləşdirmişdi.

Hakim bildirdi ki, qərarlar hazırdır və bütün vəkillərə təqdim olunub.

Məhkəmə prosesi iyulun 18-ə qədər təxirə salındı.

Ana səhifəXəbərlərNİDA-çıların vəsadəti təmin olunmadı