2 mln 961,5 min manat mənimsənilib

“Debüt Bank” maliyyə cinayətləri zəncirində

Source:





Deb


ü


t Bank





maliyy


ə


cinay


ə


tl


ə


ri z


ə


ncirind


ə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2 mln 961,5 min manatın mənimsənilməsi faktını aşkarlayıb. Bu, son hədd deyil.

“Turan İA”nın məlumatında deyilir ki,  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Debüt” Kommersiya Bankına vəsait köçürüb. Vəsait 2006–2008-ci illərdə ayrılıb. Kreditlər ünvanına çatmayıb. Vəzifəli şəxslər qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditini mənimsəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Ekspertlərin fikrincə, bu, təkcə bank işçilərinin işi deyil.

Ana səhifəXəbərlər2 mln 961,5 min manat mənimsənilib