Əbdül Əbilovun anası hökumətdən cavab istəyir

“Mən şikayətlər etmişəm. Məni qəbul edən də olub, qəbul etməyən də. Amma şikayətə baxan yoxdur”.

Source:





M


ə


n


ş


ikay


ə


tl


ə


r etmi


şə


m. M


ə


ni q


ə


bul ed


ə


n d


ə


olub, q


ə


bul etm


ə


y


ə


n d


ə


. Amma


ş


ikay


ə


t


ə


baxan yoxdur


”.

“Mənim oğlumu şərləyib həbs ediblər. O, Facebook-dakı fəaliyyətinə görə həbs edilib. Əbdül haqsızlığa qarşıdır” – deyə həbsdə olan Facebook fəalı Əbdül Əbilovun anası Nurcahan Əbilova “Turan İA”ə bildirib.

N.Əbilova deyib ki, narkotiki oğlunun cibinə qoyublar. “Əbdülü tutmuşdular. Əlləri qandallı halda evə gətirdilər. Mən onun evdəki gödəkcəsinin cibinə salafan torbada qoyduqları narkotiki əllərində tutdum. Ancaq məni itələyib oğlumun cibinə qoydular və sonra oradan çıxardılar. Dedilər hay-küy salma, istəsək Əbdülün cibindən 5  kiloqram da narkotik çıxara bilərik”.

Nurcahan Əbilova oğlunun həbsindən sonra ailəsinin çox ağır durumda olduğunu deyib: “Oğlum ailənin yeganə təminatçısı idi. O, həbs edildikdən sonra həyat yoldaşını göndərdim atasıgildə qalsın. Özüm isə rayona getdim. Bir müddət qardaşımgildə qaldım. İndi Bakıya qayıtmışam. Bir ana oğulsuz, gəlinsiz necə yaşaya bilər? İşləyənim yox, qazananım yox, insanların verdiyi tikələrlə necə yaşaya bilərəm?”

N.Əbilova hökumətə sual edir: “İnsanları haqsız yerə niyə həbs edirsiz?”

 “Mən şikayətlər etmişəm. Məni qəbul edən də olub, qəbul etməyən də. Amma şikayətə baxan yoxdur”-  deyə anası bildirib.


Bak


ı


A


ğı


r Cinay


ə


tl


ə


r M


ə


hk


ə


m


ə


sinin h


ö


km


ü


il


ə

 “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi Əbdül Əbilov 5 il 6 ay həbs cəzasına məhkum edilib.

Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. O, narkotik alverində ittiham olunur. Əbdül Əbilov həbs edildikdən sonra “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsi bağlanıb.

Əbilov məhkəmədə son sözündə deyib ki, o, yaltaqlığa adət etməyib: “Kiçik yaşımdan bəri atasız böyüdüyüm bu həyatda, həyatın bütün çətinliklərini yaşamışam. Bu yaşıma kimi haram tikə yeməmişəm. Haram tikə ilə bəslənsəydim, haqq sözünü demək cəsarətini özümdə tapa bilməzdim. Mövcud olan idarəetmə sisteminin, xüsusən də məmur səriştəsizliyi ailəmin bir üzvünün ölümünə səbəb oldu, min bir əziyyətlə aldığım avtomobilimə və sağlamlığıma vurulmuş ziyan hüquq-mühafizə orqanları əməkdaşlarının “səyi” ucbatından bu günə qədər də ödənilməyib”.

Ana səhifəXəbərlərƏbdül Əbilovun anası hökumətdən cavab istəyir