Səbəb nəzarətsizlik və qablaşdırmada göstərilən məlumatların uyğunsuzluğudur
Azərbaycanda nə qədər adam təbii bitki və heyvan yağı istifadə edir? Bu suala cavab vermək çətindir, çünki ictimaiyyət nəzarətçi təşkilatlardan məlumat almır.
“Turan” İA-nın apardığı araşdırmada bildirilir ki, Dövlət Statistika Komitəsinin məlumatında ötən il yerli istehslçılar ölkəyə $27 mln 253,2 min (bir litri 55 sentə) 45 min 426,6 ton palma yağı, $ 1 mln 161,5 minlik (bir litri $1,25) əsasən emal edilməmiş 854,8 ton zeytun yağır idxal edib. Bundan əlavə, $23 mln 873,8 min dəyərində (bir litri 60 sent) 36 min 145,4 ton günəbaxan yağı, $15 mln. 221,5 minlik (bir litri 57 sent) 23 min. 652,8 ton qarğıdalı yağı idxal edilib.
Bundan əlavə, $159,8 min dəyərində (bir kq 77,16 sentə) 123,3 ton marqarin gətirilib, kiçik həcmdə gətirilən kərə yağı isə ümumi həcmi 7 min 612,4 ton olan $6 mln 542,3 min (bir kq 85,9 sent) dəyərində “heyvan yağlarından hazır məhsullar və qidaya yararlı qatışıqlar” mövqeyində itir.
İqtisadi Araşdırmalar Mərkəzinin məlumatına görə, məhz qeyd olunan məhsulun idxalı hesabına onun maya dəyəri aşağı düşür, baxmayaraq ki, ticarət şəbəkəsinə hazır məhsul təbii yağ adı ilə gedib çıxır. Agentliyin supermarketlərdə alıcılar arasında apardığı sorğu da yerli məhsula («İvanovka» istisna olmaqla) və bəzi xarici adlı məhsullara inamın olmadığını göstərib.
Səbəb nəzarətsizlik və qablaşdırmada göstərilən məlumatların uyğunsuzluğudur. Bir çox hallarda istehlakçılar yağ əvəzinə süd mənşəli olmayan, əsasən kokos və palma yağlarının qarışığını istifadə edir. Yerli qanunvericilik dəyişdirilməyə mane olmur, tələblər yalnız istehsalçı, saxlama müddəti, yağı xüsusi çəkisi haqqında məlumatlara aiddir. Ona görə də istehsalçı məhsulun əsas hissəsində RF, Ukrayna, Belarus, həmçinin Yeni Zelandiya, Fransa və Finlyandiya zavodlarının adlarını qeyd edir.
“Palma yağlarının zərəri hələ sübut olunmayıb, ancaq bu heyvan və digər bitki yağlarının onunla əvəz olunmasına icazə demək deyil” – deyə İqtisadi Təhqiqatlar Mərkəzinin kənd təsərrüfatı üzrə eksperti Vahid Məhərrəmov bildirir. Onun fikrincə, eyni qayda ilə 100 qram ağac yeyib zəhərlənməmək olar – zəhərlənmə qəbul edilən standartlara görə istifadə edilən məhsulun əsas göstəricisi deyil. Saxtalaşdırmanın olması vicdanlı istehsalçıların bizneslə məşğul olması sərfəli olmayan süd bazarında şəffaflığın olmaması ilə bağlıdır. İnsafsız rəqabət texniki tənzimlənmə normalarının pozulmasına və məhsulun tərkibi barədə doğru məlumatın gizlədilməsinə gətirib çıxarır.
İri istehsalçılar “Azərsun Holding”, “Atena”, “Palmali”, həmçinin Bakı və Gəncə yağ-piy kombinatlarıdır. Bu günlərdə Sumqayıt zavodu istifadəyə verilib. Yağ-piy kombinatının məsul şəxslərindən birinin anonimlik şərti ilə “Turan”a verdiyi məlumata görə, sahənin inkişafına əsas maneə inzibati əngəllər, icazə sənədlərinin böyük siyahısı, nəzarət zamanı reqlamentin olmamasıdır (işlər yoxlanılmır, əvəzində hər gün müxtəlif strukturlardan diletantlar gəlib pul haqq istəyir): “Süd bazarının real monitorinqi, o cümlədən kəndlilərin hüquqlarının müdafiəsi və alış qiymətlərinin tənzimlənməsi də lazımdır”.