Milli Şura pul toplayır

Qarabağ əlili Zaur Həsənov ona qarşı edilən haqsızlıqlara dözməyərək dekabrın 25-də özünü yandırıb. Gənclərin, siyasi partiya təmsilçilərinin etirazı isə hadisədən 4 gün sonra Fəvvarələr Meydanında təşkil edilmişdi. Zorakılıqla dağıdıldan aksiyada 6 iştirakçı inzibatı həbs, 16 nəfər isə pul cəriməsi ilə cəzalandırıldı. Marafonun ilk günü 1400 manat vəsait toplanıb. Yardım kampaniyası qarşıdakı günlərdə davam edəcək.

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənova dəstək aksiyasında cərimələnən 16 iştirakçıya görə yardım marafonu keçirib. Fevralın 4-də AXCP-nin qərərgahında təşkil edilən marafonda 60-dan çox insan iştirak edib. Aksiyada 300 manat cərimələnən gənc fəal Toğrul İbrahim tələbə olduğuna görə bu pulu ödəməkdə çətinlik çəkdiyini deyir.

Ana səhifəVideoMilli Şura pul toplayır