Qarabağ əlili Zaur Həsənovun dekabrın 25-də haqsızlığa etiraz olaraq özünü yandırması digər qaziləri də ayağa qaldırıb. Onlar Zaur Həsənova dəstək məqsədi ilə bu şənbə etiraz aksiyası keçirməyi planlaşdırırlar. “Qaziləri yandırma” şüarıilə keçiriləcək aksiyada iştirak üçün facebookda 20 mindən çox insana dəvət göndərilib. Razılaşdırılmamış aksiya dekabrın 28-də fəvvarələr meydanında keçiriləcək. Aksiyaya çağırış məqsədi ilə xüsusi video rolik də hazırlanıb.