Dekabrın 24-də saat 20:00 radələrində “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürmə maşını cəlb edilsə də yanğının qarşısını tam almaq hələ də mümkün olmayıb. Mərkəzdəki 10-larla satıcı əmlakının yanaraq və ya su altında qalaraq ziyan gördüyünü deyir. Vətəndaşlar həmçinin yanğınsöndürənlərin ləng işləməsindən gileyləniblər. Alov cəmi iki sırada mağazalara yayılsa da, onun qarşısının alınması saatlara davam etdiyindən, digər dükan sahibləri də ehtiyatlanaraq mallarını boşaltmağa çalışırlar.