Artıq aydındır. Avropa məkanına inteqrasiya bu siyasi YAPı ilə sadəcə
mümkün deyil
.
Halbuki, 2007-ci ildə qəbul edilən
Azərbaycan Respublikası Milli təhlükəsizlik Konsepsiyasında
Avropa və Avratlantik strukturlarına inteqrasiya həyati vacib təhlükəsizlik siyasəti kimi qəbul edilmişdi. Ancaq 2008-ci ildə neft gəlirləri
Kiş
çayı kimi axmağa başlayandan sonra nə milli təhlükəsizlik konspesiyası yada düşdü, nə də beynəlxalq öhdəliklər.
2003-cü ilin noyabr ayına qədər nəyinki Qafqazda, bütün dünyada oğrular kimi tanınan Gürcü milləti stereotipləri dağıdaraq,
ressuraction
–
dirilmə
ayinini uğurla başa vura bildi. 2003-cü ilə qədər iqtisadi və siyasi indeksləşmədə dünyanın ən geridə qalmış ölkələri sırasında olan Sakartvello Şvernadzenin caynağından öz taleyini qurtara bildi.
Bəzi göstəricilərə nəzər yetirək:
İndikatorlar |
||
|
|
|
The World in ease of doing business by |
12-ci yer |
67-ci yer |
Protecting investors by the |
20-ci yer |
25-ci yer |
Dealing with Construction Permits |
3-cü yer |
177-ci yer |
Corruption Perception Index
|
51-ci yer |
|
Paying Taxes |
77-ci yer |
|
50-ci yer |
73-cü yer |
İndikatorlar, sıralama (
ranking
) və ən əsas da fərqli sistemləri müqayisə etmək doğru metod olmaya bilər. Ancaq bu qraf açıq aydın göstərir ki, Gürcüstan inkişaf edir, Azərbaycan isə inkişaf etmir. İqtisadçıların daha çox istinad etdiyi ən ciddi indkator
Heritage Foundation
apardığı İqtisadi Azadlığın göstəricisi indeksidir. Gürcüstan və Azərbaycanın son 10 ildə necə fərqli yollar ilə getdiyini göstərmək üçün İqtisadi Azadlıq İndeksini müqayisəli təhlil edək.
Müqayisə hissiyatı yaratmaq üçün Almaniyanı da bu qrafa daxil edək. Azərbaycanın İqtisadi Azadlıq Göstəricisinin inkişaf tendensiyasını qırmızı, Gürcüstanı yaşıl və Almaniyanı mavi xəttlərlə göstərək.
Heritage Foundation
Index of Economic Freedom / Overall Score / Ümumi Hesab
Qrafdan göründüyü kimi, Gürcüstan 2005-2013 cü illər ərzində İqtisadi Azadlıq göstəricisi üzrə Almaniya səviyyəsinə yüksələ bilib. Azərbaycan isə başqa bir “
lost decade
” imza atıb. Hal-hazırda Gürcüstan iqtisadi azadlıq sıralamasında 21, Azərbaycan isə 88-ci yerdədir.
Business Freedom
) göstəricisi ola bilər:
Yuxarıdakı göstəricidən aydın olur ki, Gürcüstan 2005-ci ildə başlanan islahatlar
buketindən
sonra regionun
“lider”
dövləti Azərbaycanı keçə bilmişdir. Nəyinki keçmiş, hətta Almaniya səviyyəsinə qədər yüksələ bilmişdir.
Azərbaycan zehniyyatı isə hələ staqnasiya ilə stabillik arasındakı hərf fərqini axtarmaqla məşğuldur.
Kultural relativizm çox önəmli məsələdir. Hər bir millətin özünəməxsus cəhətləri mütləq vardır. Ancaq liberal dəyərlər, demokratiya bütün xalqlar üçün keçərlidir. Şəffaflıq bütün idarə sistemlərinin ən yüksək göstəricisidir. Gürcüstan, demokratiya Qafqaz xalqları üçün deyil YAPışqanını təmizləməklə, isbat etdi ki, “
qozbeli qəbir yox
” sağlam təfəkkür düzəltməlidir.
Liberal dəyərləri transformasiya etmək çox mürəkkəb prosesdir. Bunun üçün mütəxəssislər çalışmalı, bürokratlar siyasi loyallığına görə yox, savadına və təcrübəsinə əsasən vəzifələrə təyin edilməlidir. Dəyərlər sistemli transformasiya edilməzsə heç bir inkişaf baş verməyəcək. Əsrlər boyu Yaponiyanın iqtisadiyyatında ciddi rol oynamış ailə biznes modeli
“Zaibatsu”
bu gün də sosial tədqiqatların predmetidir. Bu biznes modelinə əsasən sənayə inhisarları ailə üzvləri tərəfindən idarə edilirdi. Yaponiyanı çox “sevən” və hər zaman bu ölkənin adət ənənələrinə sadiq qalması haqqında balladalar söyləyən elitist islahatçılarımız da yəqin “
Zaibatsu
” modelindən çıxış edərək, Azərbaycanda “yekələrin” ailə biznesinə haqq qazandırırlar. Ancaq əfsuslar olsun ki, “
Zaibatsu”
modelinin Azərbaycanda tətbiqi özünün yapon məhsuldarlığını yox, rus jarqonunu əxz edir.
Yekun sözlə, Gürcüstan şəffaflıq və liberal dəyərlərə tərəf yönəldiyi üçün inkişaf edir. Səbəb nəticə əlaqəsi göz qabağındadır. 2013-cü ilin noyabr ayında Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Müqaviləsi imzalamaqla növbəti uğura imza atacaq, Azərbaycan hökuməti isə ölkəni növbəti “
lost decade
” sürükləyəcək.
Gürcüstanın Almaniya olmasına çox var, ancaq vacib məqam odur ki, Gürcüstan üçün rol modeli Almaniyadır. Türkmənistan, Qazaxıstan və Rusiya deyil.
Gürcü atalar sözü:
Царствуют времена, а не цари…
[i]
Biznes ilə məşğul olmağın asanlığı göstəricisi, Dünya Bankı
[ii]
İnvestorların müdafiəsi göstəricisi, Dünya Bankı
[iii]
Tikinti icazəsi almaq göstəricisi, Dünya Bankı
[iv]
Korrupsiya qavrayışı indeksi, Beynəlxalq Şəffaflıq Təşkilatı
[v]
Vergi ödənişi, Dünya Bankı
[vi]
Biznes ilə məşğul olmaq üçün ən yaxşı ölkələr, Forbes