Avropa parlamentinin xarici əlqələr komitəsi seçkiləri tənqid etdi

EU siyasi məhbusları dərhal və şərtsiz azad etməyə çağırdı

Source:

Avropa parlamentinin xarici əlaqələr komitəsi 30 dəqiqə əvvəl Avropa qonşuluq siyasəti haqqında hesabatında aşağıdakı maddələrə səs verdi.

Avropa Parlamenti xarici əlaqələr komitəsi Azərbaycanda Prezident seçkiləri zamanı beynəlxalq standartlara göstərilmiş hörmətsizlikdən təəssüf hiss keçirir.

İlqar Məmmədov və Tofiq Yaqublu daxil olmaqla siyasi fəaliyyətlərinə görə həbs olunmuş siyasətçilər, jurnalistlər və siyasi aktivistləri dərhal və şərtsiz azad olunmasına çağırır.

Bundan əlavə vurğulanır ki, Azərbaycan və Avropa parlamentlər arası strateji tərəfdaşlığa dair razılıq, siyasi məhbusların azad olunması, jurnalist və siyasi aktivistlərə qarşı zorakılığa son qoyulması şərtindən asılıdır.

Komitə həmçinin  BMT-nin Dağlıq Qarabağ konfiliktinin həllinə dair qətnaməsinin həyata keçirilməsinə də səs verib.

Hesabatın müəllifləri, Avropa Parlamentinin üzvləri:

Marek Siwiec, Libor Roucek, Knut Fleckenstein (sosial-demokratlar), Graham Watson, Gerben-Jan Gebrandy (liberallar).

© Meydan TV

Ana səhifəXəbərlərAvropa parlamentinin xarici əlqələr komitəsi seçkiləri tənqid etdi