Источник: Meydan TV

Sahibkar: Cənab prezident, şəhid ailəsini saymayan məmurların arxasında kim dayanır?

Sahibkar: Cənab prezident, şəhid ailəsini saymayan məmurların arxasında kim dayanır?

Ramil Hüseynov 7 il əvvəl əmlaklarını sataraq fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb. Onun həm Abşeron, həm də Biləsuvar rayonunda heyvandarlıq kompleksi var.

2014-cü ildə komitə qərarı ilə “AzərQazBank”dan sahibkara 120 min manat vəsait təyin edilib. İqtisadiyyat nazirinin müşaviri Şirzad Abdullayev əvvəlcə həmin məbləğin 15 faizini tələb etsə də, sonradan bunu 20 faizə qaldırıb.

Şikayətlərdən sonra “Aqrar Kredit” və İnkişaf Agentliyi sahibkara 50 min manat verib. Ramil Hüseynov deyir ki, Biləsuvardakı fermada monitorinq təşkil edilməsini istəsə də, onun tələbi yerinə yetirilməyib. Sahibkarın sözlərinə görə, mövcud komitə qərarı oğurlanıb, biznes layihəsi isə saxtalaşdırılıb:

“Deməli, bunlar vəzifə səlahiyyətlərini aşaraq mənə qanunsuz kredit veriblər”.

2020-ci ilin noyabrında Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə şikayətə gedən Ramil Hüseynov səhəri gün bir aylıq həbs olunub.

“Dedilər, səni səhv gətirmişik. Onda məsələni belə sənədləşdirək; guya kiminləsə yüksək səslə telefonla danışıb, söymüsən. Həmin vaxt bizim dediklərimizə riayət etməmisən”, - sahibkar həbsinin motivindən danışır.

Ramil Hüseynov məhkəməyə müraciət etsə də, onun şikayəti təmin edilməyib. Vəkil Elçin Sadıqov bildirir ki, Binəqədi Rayon Məhkəməsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qərarının tam qanunsuzluğu sübut olunub.

Ramil Hüseynov iqtisadiyyat nazirinin müşaviri Şirzad Abdullayevdən, Baş prokuror Kamran Əliyevdən, “AzərQazBank” rəhbərliyindən və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevdən şikayətçidir:

“Cənab prezident, belə Allahı tanımayan, sizə hörmətsizlik edən, şəhid ailəsinə hörmətsizlik edən məmurların arxasında kim dayanır? Mən sizə inanıram, atanız Heydər Əliyevin ruhuna and içirəm ki, məni ya qəbul edin, ya da nəzarətinizə alasınız, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ədalətsiz qərarını ləğv eləsin”.

İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etsək də, suallarımıza cavab ala bilmədik.

Sahibkar məsələnin araşdırılması üçün ekspertiza təyin edilməsini, komitə qərarının tapılıb ona verilməsini tələb edir. Əks halda sahibkar Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/daoa42

Самое читаемое