Ombudsman Aparatı

Источник: google.az

Оглавление: Ombudsman Aparatı

Milli Preventiv Qrupunun üzvləri həbsdə aclıq edən redaktorla görüşüblər

Qrup üzvləri Azərbaycan tərəfinə keçmiş erməni əsgərə də baş çəkiblər

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq edilmədən növbəti başçəkmə həyata keçirilib.

Ombudsmanın rəsmi saytının yaydığı məlumata əsasən, bəşçəkmə üçün tapşırıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən verilib.

Xəbərdə deyilir ki, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunmuş, onların müraciətləri və qaldırdıqları məsələlər araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilib.

“Başçəkmə çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da MPQ üzvləri tərəfindən qəbul edilib və müraciəti dinlənilib.

İ.Rəhimov barəsində məhkəmə icraatında olan cinayət işinin baxılması ilə əlaqədar aclıq aksiyasına başladığını bildirmiş, müvafiq köməklik göstərilməsi üçün Ombudsmana ərizə ilə müraciət etmişdir. O, müəssisənin tibb sanitar hissəsinə yerləşdirilmiş, səhhəti həkim nəzarətindədir. İ.Rəhimovun ərizəsi nəzərə alınması üçün Ombudsman tərəfindən Bakı Apelyasiya Məhkəməsinə göndərilib”, - məlumatda deyilir.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən öncə Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bildirib. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apelyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub.

Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb. Həmçinin vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib. Penitensiar Xidmətdən İ.Həsənovun həkim nəzarəti altında olduğu bildirilib.

Bundan başqa Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına da əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Məlumatda deyilir ki, başçəkmədə məqsəd 2019-cu il, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

“A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitidən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/alk8my

Самое читаемое