Источник: meydan.tv

Gənclər aksiya keçirib, saxlanılanlar var

Gənclər aksiya keçirib, saxlanılanlar var

Saxlanılan gənclər naməlum istiqamətə aparılıb

Oktyabrın 13-də bir qrup ictimai fəal Yeni Azərbaycan Partiyasınının (YAP) Sahil bağı yaxınlığındakı keçmiş baş qərargahının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Məqsəd son günlər baş verən siyasi həbslərə etiraz etmək olub. Eyni zamanda, onlar Respublika Gününün adının dəyişdirilməsinə də etiraz ediblər. Əraziyə toplanan gənclər “Rədd olsun irtica” şüarı səsləndirib. Polis aksiya cəhdinin qarşısını alıb. Aksiya iştirakçıları saxlanılaraq naməlum istiqamətə aparılıb.

Saxlanılanlar arasında Rüstəm İsmayılbəyli, Elmir Abbasov, Əhməd Məmmədli, Samir Axundzadə, Əli Mahmudlu və Fərid İmanov var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan” İnformasiya Agentliyinə aksiya zamanı heç kimin saxlanılmadığını bildirib. Deyib ki, toplaşanlar sadəcə ərazidən uzaqlaşdırılıblar.

Oktyabrın 11-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Layihədə Respublika Gününün (28 May) adının dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 Oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/h47w6e

Самое читаемое