Sevinc Rzayeva

Источник: Meydan TV

Başlıq: Sevinc Rzayeva

Gəncə sakini: Həbsxana nəzarətçisi məhkum oğlumu şərləyib

Ana həbsxanada ehsan vermək istəyən oğlunun şərləndiyini deyir

“Oğlum dünyasını dəyişmiş əmisinə görə özünün cəza çəkdiyi cəzaçəkmə müəssisəsində halva ehsan etmək istəyib. Bunun qarşısını almaq istəyən nəzarətçi ilə mübahisəsi düşüb. Şərləyiblər, məhkəmə cəzasının 1 il 6 ayının qapalı cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm çıxarıb. Bu, məhkum oğluma qarşı ədalətsizlikdir”.

Bunu Meydan TV-yə Gəncənin Kəpəz rayonunda yaşayan 1-ci qrup əlil Sevinc Rzayeva deyir.

“Məhkum nəzarətçini səbəb olmadan niyə söysün?”

Sevinc Rzayevanın 30 yaşlı oğlu Rəsul Osanlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə 7 il 10 ay 15 gün müddətinə məhkum edilib, cəzasını 1 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Ananın sözlərinə görə, Rəsul Osanlı cəzasının 3 ilini geridə qoyub. Hadisə bu ilin iyununda baş verib:

“Cəzaçəkmə müəssisəsində dünyasını dəyişən məhbusa görə başqa məhbusların ehsan dağıtması həmişə olub, indi də var və burada qəbahət heç nə yoxdur. Ancaq bilmirəm nəyə görə nəzarətçi oğluma buna imkan verməyib, aralarında mübahisə yaranıb. Oğlum 3 ildir ki, həmin müəssisədə cəza çəkir, indiyədək heç bir nəzarətçi ilə işi olmayıb, əgər nəzarətçini söyən, döyən olsaydı, elə 3 ildə edərdi bunu... Deyirlər, nəzarətçini söyüb, adamı səbəb olmadan niyə söysünlər? Deməli, nəzarətçi bunu söyüb ki, bu da cavabını verib. Necə olur ki, nəzarətçilər gecə-gündüz dustaqla kobud davranır, söyür, döyür, buna görə heç birini cəzalandırmırlar, dustaq onu söyən nəzarətçi ilə onun öz dilində danışanda tez cəza kəsirlər?..”

Məhkum başqa müəssisənin “kars”ına köçürülüb

Sevinc Rzayevanın sözlərinə görə, nəzarətçi müəssisənin rəhbərliyinə məhkumdan şikayət edib. Rəis də məsələni araşdırmadan iyunun 17-də məhkumu 15 günlük “kars”a salıb:

“Bununla da ürəkləri soyumayıb, deyiblər, qapalı həbsxanada ölən əmisinə görə ehsan verən oğlan elə gedib həmin qapalı həbsxanada cəzasını çəksin. Oğlumun işi məhkəməyə göndərilib, nəzarətçini də üzünə qoyublar. Nəzarətçini təhqir etməsini bəhanə edərək oğlumun cəzasının 1 il 6 ayını qapalı həbsxanada keçirməsi ilə bağlı məhkəmə hökmü çıxarılıb. Oğlum da buna etiraz olaraq “kars”da aclığa başlayıb. Bunun qisasını almaq üçün 15 günlük “kars” bitən kimi ona daha 2 ay “kars” verilib və 1 saylı cəzaçəkmə müəssisəsinin “kars”ından 15 saylı cəzaçəkmə müəssisəsinin “kars”ına köçürülüb”.

Hüquqşünas: “Hökmdən apelyasiya şikayəti verilməlidir”

Ana hesab edir ki, oğlunun başına gələnlər cəzaçəkmə müəssisələrində məhkumlara qarşı ədalətsiz davranışdan qaynaqlanır. O, oğlunun karsdan azad edilməsini, barəsində çıxarılan sonuncu məhkəmə hökmünün ləğv olunmasını tələb edir.

Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, məhkəmə hökmü varsa, Penitensiar Xidmət ananın tələbini yerinə yetirə bilməz. Məhkum hökmdən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verməlidir: “Çox vaxt adamlar bilgisizlikdən eləcə ərizə yazmaqla, tələb etməklə kifayətlənirlər, halbuki, bu, vaxt itkisidir. Həmin məhbus vaxt itirmədən hökmdən apelyasiya şikayəti verməlidir”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/rl3m77

Самое читаемое