Elman Fəttah

Источник: AzadliqRadiosu

Başlıq: Elman Fəttah

Birləşmiş Millətlər Təşkilatı mövcuddurmu?

Статья обновлена:  30 Сентябрь 2020

Artıq ənənəvi beynəlxalq təhlükəsizlik sistemi çöküb

Dünən BMT-nin Təhlükəsizlik Şurası 27 il fasilədən sonra Qarabağ problemini müzakirəyə çıxarsa da, bu dəfə heç bir qərar qəbul etmədi. Deklorativ “atəşkəs çağırışları” ilə kifayətlənməli oldu.

Bu yazıda Azərbaycanın öz ərazilərini işğaldan azad etmək yönündə ortaya hərbi-siyasi iradə qoymasının beynəlxalq müstəvidə necə qarşılanacağı, eyni zamanda, sərgilənən münasibətlərin əhəmiyyəti haqda fikirlərimi bölüşməyə çalışacam.

Heç şübhə yoxdur ki, Qarabağ münaqişəsində Azərbaycan beynəlxalq hüququn prinsipləri baxımından tam haqlıdır: Hamılıqla tanınan suveren əraziləri 30 ildir işğal altındadır. Bu, həmin dövrdə qlobal siyasətin əsas həlledici oyuncusu olan BMT TŞ tərəfindən də təsbit olunub və işğal edilmiş Azərbaycan ərazilərini erməni hərbi birləşmələrinin tərk etməsinə dair 4 qətnamə qəbul olunub. Ancaq onların icrası üçün heç bir əməli addım atılmayıb.

Hazırkı vəziyyətdə, işğal faktını aradan qaldırılması yönündə apardığımız hərbi əməliyyatlara görə mövcud beynəlxalq münasibətlər sisteminin (varmı?) bizə təsiri nədən ibarət ola bilər?

Bu məsələyə keçmədən öncə müstəqil dövlət olduqdan sonra bizim də tərkib hissəsi olduğumuz ənənəvi beynəlxalq təhlükəsizlik sisteminin formalaşması, fəaliyyəti və indiki durumu haqda qənaətimi qısa tezislərlə bildirməyə çalışacağam.

BMT İkinci dünya müharibəsindən sonra formalaşdırılan beynəlxalq təhlükəsizlik sisteminin əsas ali qurumudur. İkinci dünya müharibəsinə qədər dövlətlər öz milli təhlükəsizliklərini “iki və ya çoxtərəfli strateji hərbi müttəfiqlik” formasında qorumağa çalışırdı və bu format hər dəfə daha böyükmiqyaslı müharibələrə səbəb olurdu. Hitler nasizminin yüksəlişi və 2-ci dünya müharibəsinin dəhşətli nəticələri, nəhayət, güclü dövlətləri dünya sülhünün təsisi üçün daha optimal formanın tapılmasına sövq etdi. Çünki ortada Avropanın yaşadığı dəhşətli bir paradoks vardı. XX əsrin əvvəlində bütün planeti özünün müstəmləkəsinə çevirmiş güclü Avropa dövlətləri imperial maraqlar uğruna öz aralarında apardığı böyük müharibələrdən sonra iki hissəyə bölünərək, Qərb hissəsi ABŞ-ın, Şərq hissəsi SSRİ-nin mandasına çevrilmiş oldu. Məhz bu ağır müharibə dərsləri beynəlxalq təşkilat kimi BMT-ni ortaya çıxardı.

Yəni həmin vaxta qədər populyar olan “milli maraqların suveren dövlətlərin özləri və ya müttəfiqləri ilə birgə təmini” əvəzinə ölkələrin milli təhlükəsizliyinin beynəlxalq təhlükəsizlik sisteminin içində, BMT çərçivəsində təmin edilməsi forması quruldu. Bu, həm də əsrlərdən bəri filosofların müzakirə etdiyi “dünya sülhü” ideyasının reallaşdırılması üçün tapılan ümidverici format oldu. BMT öz nizamnaməsində bir tərəfdən ölkələrin ərazi bütövlüyünün toxunuzmazlığını digər bütün ölkələrin üzərinə “hamılıqla qorunmalı əsas prinsip” kimi qoyurdusa, digər tərəfdən isə xalqların öz müqqəddəratını təyin etmə prinsipini (seperatizmin sui-istifadəsinə yol verilmədən) mənimsəyirdi. Yəni bir tərəfdən ölkələrin biri-birinə təcavüzünü qəbul edilməz sayır, digər tərəfdən isə güclü dövlətlərin imperial maraqlarının xalqların suverenliyindən üstün olmadığını göstərirdi.

Əlbəttə, bu format ideal dünya sülhünü formalaşdıra bilmədi. Ancaq mövcud olduğu təxminən yarım əsrlik dövrdə “ikiqütblü dünya”, NATO və Varşava bloku formasında Fransa burjua inqilabından sonrakı yeni dünyanın beynəlxalq münasibətlər sisteminin həmin vaxta qədərki ən uğurlu modeli kimi fəaliyyət göstərə bildi. Bu dövr ərzində keçmiş müharibələrin katalizatoru olan Avropa qitəsinin böyük dövlətləri dərin inteqrasiya siyasəti ilə həm iqtisadi inkişafa, həm rifah cəmiyyətinə, həm də insan haqlarının ali dəyər kimi qorunduğu coğrafiyaya çevrilə bildi. 1989-cu ildə Berlin (Bu barədə Berlin divarının bərpası yazısından ətraflı oxuya bilərsiniz) divarının, ardınca da SSRİ-nin dağılması ilə də bu proses özünün zirvəsinə çatmış oldu.

Ənənəvi beynəlxalq təhlükəsizlik sistemi gücünün zirvəsinə çatdığı bu dövrdə əsas qayəsinə uyğun olaraq dünya sülhü müstəvisində ciddi uğurlar əldə etmiş oldu.

  1. SSRİ-nin dağılması ilə yeni müstəqillik qazanan ölkələr BMT-yə qəbul edilərkən onların ərazi bütövlüyünə ali prinsip kimi yanaşıldı. (Bu yanaşma sayəsində Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn çətiri altına düşə bildi)
  2. Bu ölkələrin suverenliyinə beynəlxaq təhlükəsizlik sistemi tərkibində möhkəm təminat verildi ( 5 dekabr 1994 Budapeşt memorandumu)
BMT

BMT

Источник: google.az

Lakin son 30 illik dövr ərzində ənənəvi təhlükəsizlik sistemi hər keçən gün bir az daha çox laxlamağa başladı. “2013-cü ildə Ukraynada başlayan “ikinci maydan” hadisəsini həzm edə bilməyən Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat verən ölkələrdən (ABŞ, Böyük Britaniya ilə birgə) biri olmasına rəğmən Krımı ilhaq etməklə, təminatçı ölkədən təcavüzkar ölkəyə çevrildi. Bu, ənənəvi təhlükəsizlik sisteminin çokməsini rəsmiləşdirən halledici hadisə oldu. Çünki digər təminatçı ölkələr olan ABŞ və Böyük Britaniya Ukraynanın suverenliyinin və ərazi bötövlüyünün qorunması yönündə üzərlərinə götürdükləri öhdəlikləri icra etmək üçün əməli iş görmədilər. Halbuki Ukrayna SSRİ dağıldıqdan sonra qeyri-rəsmi nüvə ölkəsinə çevrilmişdi. Məhz bu 3 ölkənin onun suverenliyinə və ərazi bötövlüyünə verdiyi təminatdan sonra nüvədən imtina etmişdi.

Krımın işğalından keçən 7 illik dövr açıq şəkildə göstərdi ki, dünya sürətlə 2-ci dünya müharibəsi öncəsindəki beynəlxalq sistemə sürüklənir və ölkələr öz milli təhlükəsizliyinin təminini yenidən iki tərəfli və çox tərəfli hərbi müttəfiqlik formasında tapmağa meyllənib. Yəni indiki halda BMT funksionallığını böyük ölçüdə itirmiş quruma çevrilib. Heç bir ölkənin, o cümlədən də, bizim suverenliyimizə təminat verəcək vasitələrə sahib deyil.

Qısası, artıq ənənəvi beynəlxalq təhlükəsizlik sistemi çöküb (bu haqda bu yazıdan ətraflı oxuya bilərsiniz) və ölkələr öz suverenliyini qoruya bilmək üçün etibarlı müttəfiq axtarışına çıxıblar. Biz də real politikanın diktə etdiyi reallıqla hesablaşmağa məcburuq. Bunun üçün etibarlı müttəfiqlik halqası qura bilməliyik. İlk növbədə çalışmalıyıq ki, Türkiyəylə olan möhkəm müttəfiqliyə (bizi yox olmaqdan qoruyacaq yeganə resurs) sadıq qalaq. ABŞ, Böyük Britaniya kimi ölkələrlə də açıq müttəfiqlik münasibətləri qurmağa nail olmaqla gələcək təhlükəsizliyimizə etibarlı təminat yaradaq.

Əslində, biz hərbi əməliyyatlar başlamadan öncə ciddi etibarlı müttəfiqlərə və əməliyyatların gedişatına təsir edə biləcək güclü dövlətlərin neytrallığına nail olmalıydıq. Türkiyənin timsalında güclü müttəfiqə sahib olmamız hətta düşmən tərəfində də şübhə doğurmur. Rusiya və İranın neytrallığına isə təəssüf ki, tam nail ola bilməmişik.

Beləliklə, intensiv hərbi əməliyyatların davam etdiyi hazırkı şəraitdə geoplotik gözləntilər aşağıdakı iki kobud senari üzrə cərəyan edə bilər:

Məhz bu ağır müharibə dərsləri  beynəlxalq  təşkilat kimi BMT-ni ortaya çıxardı.

Məhz bu ağır müharibə dərsləri beynəlxalq təşkilat kimi BMT-ni ortaya çıxardı.

Источник: arxiv

Pozitiv ssenari

  1. Azərbaycan ordusu sürətli hərbi əməliyyatlarla işğal edilmiş ərazilərin əhəmiyyətli hissəsini azad edir, hərbi-strateji baxımdan həlledici dərəcədə mühüm mövqeləri (hansılar ki, Dağlıq Qarabağdakı qondarma rejimi daimi qorxu altında saxlamağa imkan verəcək) qısa müddətdə ələ keçirir və möhkəmlənir. Lakin hərbi əməliyyatların dayandırılması yönündə başlayan permanent təzyiqlər səbəbindən Azərbaycan işğal edilmiş ərazilərin tamamını azad etmədən, eyni zamanda status-kvonu öz xeyrinə dəyişdirərək danışıqlar masasına əvvəlki dövrlə müqayisədə güclənərək qayıdır.

Neqativ ssenari

  1. Beynəlxalq hüququn ayaqlar altına alındığı indiki real politik şəraitdə hərbi əməliyyatlara üçüncü ölkələr (Türkiyə, Rusiya) birbaşa müdaxil olur və döyüşlər Azərbaycan və Ermənistanın müttəfiqlərinin iştirakı ilə daha geniş miqyas alaraq qeyri-müəyyən müddətə qədər uzanır.

Ermənistan tərəfinin siyasətinə diqqət etsək, Paşinyan yaxşı anlayır ki, hərbi əməliyyatların indiki konfiqurasiyası ona yalnız və yalnız itki vəd edir. Hərbi əməliyyatlar davam etdiyi halda, Ermənistanın indiki döyüş potensialı işğal etdiyi Azərbaycan ərazilərini əlində saxlamağa imkan vermir. O, ya Azərbaycanın hucum əməliyyatlarını dayandırması üçün dərhal və qeyd-şərtsiz danışıqlar masasına qayıtmalıdır, ya da tam məğlubiyyəti qəbul etməli olacaq. Ona görə də bütün imkanları ilə çalışır ki, münaqişənin coğrafiyasını genişləndirərək prosesə üçüncü ölkələrin cəlb edilməsi ilə lokal hərbi əməliyyatların miqyaslı müharibəyə çevrilməsinə nail ola bilsin və bu sayədə tam məğlubiyyətdən xilas olsun.

Azərbaycanın hərbi əməliyyatları isə mütləq mənada yalnız işğal edilmiş ərazilərin azad edilməsi naminə lokal hədəflərə yönəlib. Azərbaycan bu taktikanı möhkəm şəkildə qorumalı, döyüş əməliyyatlarının kənarlara sıçramasına imkan verməməli, Ermənistanın arzuladığı formada üçüncü ölkələrin birbaşa müdaxiləsinə fürsət verməməklə ümid edilən uğurlu nəticəyə nail olmalıdır.

Lakin son 30 illik dövr ərzində ənənəvi təhlükəsizlik sistemi hər keçən gün bir az daha çox laxlamağa başladı.

Lakin son 30 illik dövr ərzində ənənəvi təhlükəsizlik sistemi hər keçən gün bir az daha çox laxlamağa başladı.

Источник: google.az

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  30 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/sfudwi

Самое читаемое