Azərbaycan manatı necə sabitləşdi?

2018-ci ildə xüsusilə inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarında dəyişkənlik müşahidə edilib. Braziliya realı, rus rublu, Hindistan rupisi və Cənubi Afrika randı ABŞ dollarına qarşı kəskin şəkildə dəyər itirib. Bu vəziyyət qismən Vaşinqtonun siyasətindən qaynaqlanır. Belə ki, Federal Ehtiyatlar Sistemi (FED) bu il faiz dərəcəsini üç dəfə qaldırıb və dünyanın hər yerində insanları ABŞ-ın Amerika dolları həcmindəki xəzinə istiqrazlarını almaq üçün pullarını dəyişdirməyə təşviq edir. Bu da, zəif performans göstərən türk lirəsi və Argentina pesosu kimi digər inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarındakı hərraclara da ziyan verir. Lakin bu məsələlərdə daxili faktorların da rolu var.

Bu qarışıqlıqda Azərbaycan manatı vəziyyətdən yaxşı çıxıb. Şübhəli şəkildə bu belədir. Əslində, eyni xarici təzyiqlərin başqa yerlərdə görülməsinə baxmayaraq, Azərbaycan Mərkəzi Bankının manatın üzməsinə imkan verdiyini və yalnız qısamüddətli dəyişkənliyin qarşısını almaq üçün müdaxilə etməyi qərara aldığını açıqlamasından qısa müddət sonra, 2017-ci ilin yazından etibarən manatın kursu dollara nisbətən 1,7 dollar səviyyəsində saxlanılıb.

Digər böyük karbohidrogen ixrac edən ölkələrdəki valyutalara nisbətən Azərbaycan manatı tarixən dünya neft qiymətlərini izləyir. 2015-ci ildə neft bir öncəki ilə nisbətən dəyər itirdikdən sonra Azərbaycanda iki dəfə devalivasiya baş verdi. Lakin 2017 və 2018-ci illərdə neftin qiymətinin artması ilə dollar/manat məzənnəsi 1,7 səviyyəsində qaldı.

Bu sürpriz sabitliyin yalnız bir cavab var: Bank hələ də müdaxilə edir, manata üzməyə imkan yaratmayıb. Bank bunu açıq şəkildə demir, lakin dolların alış-satışı barədə veb saytında məlumat verməyə davam edir. (Bu manatın digər əsas valyutalara, məsələn, avro və rubla qarşı necə hərəkət etdiyini izah etməyə kömək edir, çünki onlar üzür və dollara qarşı hərəkət edirlər)

Rəsmi Bakı böyük ehtimalla valyuta bazarındakı hər hansı bir dalğalanmanın 2015-ci ildə "Qara Şənbə"də olmadığı qədər səs-küyə səbəb olmasından qorxur. Həmin ilin fevral ayının 21-də manat dollara nisbətən 33 faizdən çox dəyər itirib. Manata (və hökumət siyasətinə) inamın itməsi ölkədə dollarlaşdırmanın artmasına gətirib çıxardı və manatı aşağı çəkdi.

Bu günlərdə neftin qiyməti bahalandıqca, Azərbaycan manatın sabitləşdirilməsi üçün sata biləcəyi xarici valyuta ehtiyatlarını yığır. Və ehtimal ki, bu ehtiyatlara görə inflyasiya aşağıdır.

Hazırda neft qiymətlərinin 2014-cü ilin durğunluğuna nisbətən daha baha olması və inflyasiyanın 2016 və 2017-ci illərə nisbətən aşağı olması ilə bərabər, Mərkəzi Bankın manatın dollara qarşı sabitlənməsi üçün israrının iqtisadiyyata çox mənfi təsir göstərməsi mümkün deyil. Lakin neft qiymətləri aşağı düşərsə və inflyasiya yenidən ikiqat səviyyəyə çatarsa, 2016 və 2017-ci illərdə gördüyümüz kimi rəsmi Bakı manata müdaxilə etməyə, ola bilsin ki, daha kəskin şəkildə müdaxilə etməyə məcbur olacaq.

Məqalə "Eurasianet" saytında, Samten Bhutia adlı müəllif tərəfindən yazılıb. Meydan TV tərəfindən tərcümə olunub.

 

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/m6uo1y

Самое читаемое