Elçin Sadıqov

Source: google.az

Caption: Elçin Sadıqov

''Vəkil Elçin Sadıqovla bağlı qərar ləğv olunmalıdır''

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan Vəkillər Kollegiyasına çağırış edib

Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) vəkil Elçin Sadıqovun 25 fevral 2019-cu il tarixində Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarı ilə töhmət almasından narahatlıq duyduğunu ifadə edib. BHK Vəkillər Kollegiyasını bu qərarı ləğv etməyə və hüquqları pozulan insan hüquqları təmsilçilərinin müstəqil şəkildə təmsil olunmasına maneə törədilməməsi üçün tədbirlər görməyə çağırıb.

Qurum bəyanatında qeyd edir ki, vəkilin peşə mədəniyyətinə və məsuliyyətinə uyğun şəkildə icra etdiyi aktlara görə məsuliyyətə cəlb edilməsi vəkillərin müstəqilliyini və insan hüquqlarının qorunmasını təhlükə altına alır, Azərbaycanda vəkillərin vəzifələrini müstəqil həyata keçirməsinə təsir göstərir.

Elçin Sadıqov Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin qətlində ittiham olunan Yunis Səfərovun vəkili olub. Sadıqovun sözlərinə görə, o, müdafiə etdiyi şəxslə həbsdə konfidensial görüş keçirib və müvəkkilinə məruz qaldığı işgəncə və ya pis rəftar barədə şikayət etmək hüququ olduğunu bildirib.

Qısa bir müddət sonra Baş Prokurorluq rəsmiləri vəkilin müvəkkilindən ona qarşı şiddət törədilməsi barədə şikayət etməyə razılıq almağa çalışmaqla qanun pozuntusuna yol verdiyini bildirib.

5 Sentyabr 2018-ci ildə Baş Prokurorluq Elçin Sadıqovun Səfərova vəkillik etmək hüququnu əlindən alıb və vəkilin intizam icraaatına cəlb edilməsi üçün Vəkillər Kollegiyasına şikayət edib.

Ehtimal ki, hüquqşünas və müvəkkili arasında konfidensial görüş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qeydə alınıb. Eyni zamanda Sadıqovun işində onun müvəkkilinin yazdığı məktuba istinad edilir. Sadıqovun müvəkkili məktubunda vəkilin ona şiddətə məruz qalması haqqında ifadə verməli olduğunu dediyini bildirir. Lakin Elçin Sadıqovun sözlərinə, görə bu məktub onun keçmiş müvəkkilinə işgəncə və təzyiq altında imzalatdırılıb.

Beynəlxalq Hüquqşünaslar Komissiyası vəkillərin öhdəlikləri ilə əlaqədar BMT-nin əsas prinsiplərinə əsasən hüquqşünasların "öz müştərilərinin maraqlarına həmişə hörmətlə yanaşmalı" olduğunu xatırladıb.

Bu prinsipə görə vəkillər öz müvəkkillərinə "hər cür kömək etməyə və öz maraqlarını müdafiə etmək üçün qanuni tədbirlər görməyə" kömək etməlidir. “Hazırkı işdə Elçin Sadıqovun təqdim etdiyi şəkillərdən və videolardan Səfərovun şiddətə məruz qaldığı aydın görüldüyü üçün vəkilin müvəkkilinə işgəncə barədə şikayət edə biləcəyi haqqında məlumat verməsi nəinki onun hüququdur, həm də onun vəzifəsidir.

Vəkilin bunu etməməsi peşə etikasını və vəzifələrini pozması demək olardı. Beynəlxalq Hüquqşünaslar Komissiyası həm də hüquqşünasın müvəkkili ilə konfidensial görüş hüququnun pozulmasından narahatdır,”- bəyanatda vurğulanır.

Beynəlxalq Hüquqşünaslar Komissiyası Vəkillər Kollegiyasının vəkil Sadıqova qarşı sanksiyanı qaldıraraq və hüquqşünasların həbsdə olan müvəkkilləri ilə konfidensial görüşlərinin praktikada təmin olunması üçün qanunvericiliyi və praktiki təkmilləşdirmələri nəzərdən keçirərək, müstəqil hüquqşünasların dəstəklənməsini vacib hesab edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/zbg61x

Most Viewed