Polis "Futbol +" qəzetinin əməkdaşlarının aksiyasına mane olub

Source: Komanda.az

Caption: Polis "Futbol +" qəzetinin əməkdaşlarının aksiyasına mane olub

Polis "Futbol +" qəzetinin əməkdaşlarının aksiyasına mane olub

Article was updated on :  23 May 2019

Mülki geyimlilər və polis jurnalistləri ərazidən uzaqlaşdırıb

Mayın 23-də “Futbol +” idman qəzetinin əməkdaşları Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib. Səbəb Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bu il qəzetə maliyyə yardımı ayırmaqdan imtina etməsidir. Polis və mülki geyimlilər jurnalistləri ərazidən uzaqlaşdırıblar.

Bu barədə Meydan TV-yə danışan qəzetin baş redaktoru Mahir Rüstəmli bildirib ki, qəzetlərinə edilən maliyyə yardımı dayandırıldığından aprelin 1-dən hüquqlarının bərpası uğrunda mübarizə aparırlar:

“Hazırda ən çox satılan qəzet “Futbol +”dur. Bu mənada fondun hüquqlarını ən çox pozduğu qəzet də biz sayılırıq. Bəhanə edirlər ki, “Futbol +” ictimai-siyasi qəzet deyil. Halbuki, fondun maliyyə ayırdığı qəzetlər sırasında ictimai-siyasi mövzulardan uzaq nəşrlər var".

Baş redaktor deyir ki, aprelin 1-də onları qəbul edib, deyiblər ki, yaxın günlərdə bir izahat verəcəklər. Verdikləri sözün üstündən 1 ay ötüb, ancaq cavab yoxdur:

"Vəziyyət qeyri-müəyyəndir. Bu gün biz Prezident Administrasiyası qarşısına doğru getmək istəsək də, imkan vermədilər. Hətta qəzetimizin və digər media orqanlarının jurnalistlərinə qarşı zorakılıq etdilər”.

Mahir Rüstəmli mayın 24-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyevlə görüşəcəyini bildirib:

“Bundan sonra vəziyyətə uyğun qiymət verəcəyik. Hər halda, etiraz aksiyalarımızı davam etdirəcəyik. Kollektivin hüquqları uğrunda mübarizə aparacağıq”.

"Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən çıxır. Qəzetin təsisçisi Vüqar Məmmədov, baş redaktoru Mahir Rüstəmlidir.

"Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb. 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu il fevralın 1-dən isə 5 dəfəyə çatdırılıb.

Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. "Futbol+"un "Bukmeyker" adlı əlavəsi isə müstəqil qəzetə çevrilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  23 May 2019
Featured in:  
Shortlink:   http://mtv.re/jb9twl

Most Viewed