Source: Meydan Tv

“Müdafiə Xətti” Şəhla Hümbətova ilə bağlı qərarı pisləyir

Article was updated on :  5 March 2021

“Siyasi məhbusların müdafiəsini yüksək peşəkarlıqla yerinə yetirən vəkillər hökumətin diqtəsi ilə vəkillik fəaliyyətindən məhrum edilib”

“Müdafiə Xətti” Təşkilatı Bakı İnzibati Məhkəməsinin vəkil Şəhla Hümbətova ilə bağlı qərarını pisləyir.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, müstəqil hüquqşünaslara, sərbəst vəkillərə qarşı həyata keçirlən repressiv tədbirlər, vəkillik institutunu icra hakimiyyətinin əlavəsinə çevirmək üçün atılan addımlar yolverilməzdir.

Martın 5-də Bakı İnzibati Məhkəməsi vəkil Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasının iddiasına baxaraq təmin edib.

“Şəhla Hümbətova peşəkar vəkil, prinsipial hüquqçu kimi cəmiyyətdə, xüsusilə, hüquq ictimaiyyətində tanınmış hüquqşünasdır. O, hakimiyyətin sifarişi ilə həbs edilən siyasi və vicdan məhbuslarının müdafiəsini cəsarətlə, yüksək peşəkarlıqla və etibarlı şəkildə təşkil edib.

Şəhla Hümbətova ötən ilin martında ABŞ Dövlət Departamentində illik Beynəlxalq Cəsarətli Qadınlar mükafatına layiq görülüb.

Müdafiə Xətti dərin narahatçılıqla bildirir ki, Azərbaycan hakimiyyəti ölkədə sərt üsul-idarəni möhkəmləndirmək istiqamətində növbəti addımlarını atır. Hakimiyyətlər bölgüsü pozulur, hakimlərin müstəqilliyi təmin olunmur, məhkəmələrin cinayət, mülki, inzibati və s. işlərə baxarkən faktlara əsaslanmaması, qərəzsiz, ədalətli, obyektiv araşdırma aparmaması adi xarakter daşıyır. Xüsusilə, məhkəmələrdə çəkişmə prinsipi pozulur, siyasi yüklü cinayət işlərinin istintaqı zamanı ittiham və müdafiə tərəfinin hüquqları bərabər şəkildə təmin edilmir, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ gözlənilmir”, - bəyanatda qeyd olunub.

“Müdafiə Xətti” qeyd edir ki, hökumət cəmiyyəti yüksək xidməti məziyyətlərə sahiblik edən, peşəkar və vicdanlı vəkillərin müdafiəsindən məhrum etməkdə maraqlı görünür:

“Ali icra hakimiyyəti orqanı sərbəst hüquqi iradəsini qoruyub saxlayan, istintaq və məhkəmə orqanlarının növbətçi vəkilinə çevrilməyən hüquqşünasları cəzalandırmaq xətti seçir. Bu prosesdə Vəkillər Kollegiyası hökumətin kobud hüquqi əlavəsi kimi özünü büruzə verir. Bu günədək hakimiyyətin nəzarətindən kənarda olan, sərbəst hüquqi düşüncə və iradə nümayiş etdirən, bir çox vicdan və siyasi məhbusların müdafiəsini yüksək peşəkarlıqla yerinə yetirən vəkillər hökumətin diqtəsi ilə vəkillik fəaliyyətindən məhrum edilib”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  5 March 2021
Featured in:  
Shortlink:   http://mtv.re/isghxs

Most Viewed