Source: google

Müdafiə Nazirliyi: Murov zirvəsi azad olundu (yenilənir)

Article was updated on :  27 September 2020

18.39. Cəbhənin Goranboy istiqamətində Azərbaycan qoşunlarının keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb:

“Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb”.

***

16.16. Azərbaycan ordusunun daha bir kəndi, Aşağı Əbdürrəhmanlı kəndini azad etdiyi bildirilib.

***

"Murovdağdakı hakim yüksəkliklər nəzarətə götürülüb"

Azərbaycan ordusunun işğalda olan bəzi kəndləri azad etdiyi bildirilir.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Həmin kəndlərin Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri olduğu deyilir. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir:

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Bir neçə saat öncə Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının katibi Samvel Babayan açıqlama verərək bildirmişdi ki, Ermənistan ordusu 10 hərbçisini və 4-5 mövqeyini itirib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  27 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/mwfgga

Most Viewed