None

Source: Meydan TV

Millətçilik və din

Article was updated on :  28 February 2019

Onları mümkün qədər çox adam tərk etməlidir

Deyirlər, bütün ölkələrdə millətçi hərəkatları dövlət koordinasiya edir. Çünki çox təhlükəlidir. Məntiqlə düz gəlir, real olaraq, necədir, bilmirəm.

Millətçi və dini hisslər siqaret kimidir, üstünə ən azı aksiz vergisi qoyaraq, yaxud da ümumiyyətlə, qadağan edərək, heç olmasa hansısa məkanlarda, televizorda, radioda qadağan edərək, tənzimlənir. Əks halda çox baha başa gələ bilər.

Siqaret, spirtli içkilər və bu kimi məhsulların üzərinə aksiz vergisinin qoyulması onunla bağlıdır ki, bu məhsullar həddən çox satılır. O qədər çox ki, belə xüsusi yüksək vergilər olmasa, camaat bu biznesdə olan hər kəsi milyonçu edə bilər.

Millətçilik, dini propoqanda da elədir. Tez yayılır, yoluxucudur, siqaretdən daha ziyanlıdırlar, onu satanları milyonçu, milyarder edə bilirlər, narkotik kimi insanı asılı vəziyyətə sala bilirlər, kölə edirlər, cinayətə sövq edirlər, bütün bu hərəkətlərə də haqq qazandıracaq qədər gözübağlı edə bilirlər.

Buna görə də dövlətin bunları tənzimləməsi məntiqlidir (Təbii ki, söhbət legitim dövlətdən gedir, zəbt olunmuş hakimiyyətdən yox, amma burası başqa söhbətin mövzusudur).

Fikir versəniz, görə bilərsiniz ki, insanlar ictimai məsələlərə ilk reaksiyalarını verərkən, daha çox millətçi və ya dindar olurlar. Bu, yeniyetməlikdə də olanda belədir, yetkin yaşlarda da (yaşları yetkin olur, ictimai mövqeləri isə yeniyetmə - ərgən).

Bir hissəsi sonradan başqa ideologiyalara keçir, özünün millətçi və (ya) dindar dövrünü utanaraq, gülərək, xatırlayır. Amma səhvini etiraf etmək, özünə gülmək az adama xas xüsusiyyətdir. Əksəriyyət özünə bəraət qazandırır. Ona görə də özündə millətçiliyindən və (ya) dindarlığından nə isə saxlayır. Lazım gələndə gəncliyini, yeniyetməliyini müdafiə edə bilsin deyə.

Nəticədə bu saxlanılmış bir tikə millətçilik və (ya) dindarlıq onu “narkotik alverçiləri”nin asan yeminə çevirir. Görürsən ki, süni şəkildə qızışdırılmış münasibətlərin davamı kimi cəbhədə atışma təşkil olunur, 5 günə yüzlərlə qızıl kimi oğul ölümə göndərilir, ağıllı-başlı, savadlı insanlar kimi tanıdığın insanlar isə özlərində saxladıqları bu bir tikə millətçiliyin əsiri olub, bu qətliamı alqışlayırlar.

Yaxud Şimali Qafqazın qulağı qırıq, dindar, fiziki güclə hər şeyi həll edə bilmə ideyasının açıq reklamı olan bir idmançısı irlandiyalı bir artisti döyür, araşdırmalar aparan, xaricdə universitet(lər) bitirən insanlar isə içlərində saxladıqları bir tikə dindarlığın əsiri olub, olurlar qabibnurmaqomedovçu.

Millətçilik və din bu qədər təhlükəli şeylərdir. İnsanın özünü də, ətrafını da, bəzən ölkəsini də məhv edə bilmək gücünə sahib ibtidai hiss, çox qədim instinktlərdir. Bunları boğa bilmək müasir insanın vəzifəsidir.

Bəzi təbii şeylər var ki, onların əleyhinə çıxmayan insan vəhşi, qaniçən olur. Şirin (aslanın) qaniçən olması normaldır, antilopu yıxır yerə, qanını içir. İçməsə, problemli sayılır, təbii seçmə bu kimi sapmanın öhdəsindən gəlir, onun nəsli davam eləmir adətən. Amma insanın qaniçən olması, xüsusən öz növündən olanların qanını içməsi müasir insan hüquqları institutu ilə düzgün sayılmır. İnsan hüquqları uydurmadır, amma ədalətli olan odur. Uydurma olmayan, təbii şeylər ədalətsiz ola bilir. Uydurmalar, insanların yaratdığı institutlar da ədalətsiz ola bilir. Amma nəyin ədalətli olub – olmadığını da biz özümüz seçirik, bunun üçün də institutlar var.

Millətçilik və din qədim hisslərdir, müasir insana yaraşmayan, gələcəyimizi təhlükəyə atan uydurmalardır. Onları mümkün qədər çox adam tərk etməlidir. Sadəcə demokratiya elə bir institutdur ki, onu yıxmaq istəyənlərin də hüquqlarını qoruyur – dindarların da, millətçilərin də.

Fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir. Meydan Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  28 February 2019
Featured in:  
Shortlink:   http://mtv.re/lctoyt

Most Viewed