İtaliya rəsmilərinin ''sarı jiletlilər''lə görüşündən sonra Fransa İtaliyadakı səfirini geri çağırıb

Fransa Sarı Jiletlilər Hərəkatının liderləri ilə görüşən İtaliyanın Baş nazirinin müavini Luiqi Di Mayonu (Luigi Di Maio) ölkənin daxili işlərinə müdaxilə etməməsi üçün xəbərdar edib. Fransanın Xarici İşlər Nazirliyinin bəyənatında “bu yeni təhrik Avropa Birliyinin qəlbindəki iki qonşu ölkə arasında qəbul edilə bilməz,”- deyilib.

Hadisə iki Avropa Birliyi və NATO ölkəsi arasında diplomatik qırılmaya səbəb olub. Fransa Roma səfiri Christian Masseti məsləhətləşmələr üçün Parisə dəvət edib.

Qərara səbəb kimi İtaliya hökumətinin “əsassız və görünməmiş hücumları” qeyd edilib.

İtaliyada hakimiyyətin böyük tərəfdarı olan populist Beş Ulduz Hərəkatının lideri Di Mayo Paris yaxınlığında Fransada hökumət əleyhinə aksiyalar təşkil edən hərəkatın iki lideriylə görüşüb.

Di Mayo italyanca paylaşdığı “Twitter” mesajında “dəyişiklik küləyi Alpları aşdı” deyib. Bundan əlavə, o, Sarı Jiletlilərin liderlərindən olan Christophe Chalençon və mayda keçiriləcək Avropa Parlamenti seçkilərində Sarı Jiletlilərin siyahısının başında gələn Ingrid Levavasseur ilə çəkdirdiyi fotoşəkili paylaşıb.

Fransa və İtaliya arasındakı münasibətlər İtaliyada 2018-ci ilin iyun ayında çox populist və sağyönümlü hökumətin hakimiyyətə gəlməsiylə gərginləşib. Keçən ay Di Mayo “Parisin onlarla Afrika ölkəsinin istismarını sonlandırmadığını” söylədikdən sonra italyan səfiri Fransanın Xarici İşlər Nazirliyinə dəvət edilib.

İtaliya bundan əlavə immiqrasiya etirazları və mədəniyyət məsələlərində də Fransa ilə gərginlik yaşayıb.

Sarı Jiletlilər Hərəkatı ötən ilin noyabrında Fransanın uzaq bölgələrdə avtomobillərdə yaşayan insanlara zərbə vurduğunu söyləyərək, yanacaq vergisinin artmasına etiraz olaraq aksiyaya başlamışdı.

Aktivistlərin adı geyindikləri fosforlu sarı jiletdən gəlir. Fransız qanununa görə, bütün sürücülərin avtomobillərində bu jiletlər mütləq şəkildə olmalıdır.

Lakin ilk etirazlardan və hökumətin daha sonra yanacaq vergisində geriyə addım atmasından sonra aktivistlər xalqın gücünün artırılması və referendumlara izin verilməsi tələblərini də dilə gətirmişdilər.

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) etirazlara verdiyi “qeyri-kafi reaksiya” üçün “qismən məsuliyyətli” olduğunu söyləmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/epbg42

Most Viewed