Səlim Məmmədov

Source: Foto: Meydan tv

Caption: Səlim Məmmədov

Həbsdə olan MTN zabiti İlham Əliyevə müraciət etdi

“Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm”

2017-ci ildə azadlıqdan məhrum edilmiş təqaüddə olan MTN zabiti, polkovnik Səlim Məmmədov prezident İlham Əliyevə müraciət edib.

Səlim Məmmədov müraciətində xatırladıb ki, o, uzun müddət təhlükəsizlik orqanlarında vətənə və dövlətçiliyə sədaqətlə və fəxrlə xidmət edib:

“Bu gün də öz qüsursuz xidmətlərimlə fəxr edirəm. Sizə verilən yanlış məlumat əsasında 16 noyabr 2015-ci il tarixdən həbsdəyəm. Hazırda işimə Alıi Məhkəmədə baxılır. Mən istəyirəm ki, sizin və Azərbaycan təhlükəsizlik orqanlarının, sülhün və əmin-amanlığın banisi ulu öndər Heydər Əliyevin qarşısında təqsirsizliyimi və sadiqliyimi isbat edim. Qarşıdan Ulu Öndərimiz Heydər Əliyevin vəfatının ildönümü gəlir. Əvvəllər mütəmadi olaraq ziyarət etdiyim Ulu Öndərin müqəddəs qəbrini 4 ildir ki, həbsdə olduğuma görə ziyarət edə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu il Ulu Öndərin müqəddəs qəbrini ziyarət etməyimə şərait yaradılması üçün göstəriş verəsiniz”.

Təqaüddə olan polkovnik 2015-ci ildə həbs olunub, ona qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlığın məhdudlaşdırılması, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət, passiv rüşvətxorluq, vəzifə saxtakarlığı, hakimiyyət həddini aşma, hakimiyyətdən istifadə etməmək kimi 10-dək maddə irəli sürülüb. Səlim Məmmədov 11 il azadlıqdan məhrum edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ns9svj

Most Viewed