Artur Vanetsyan

Source: google.ru

Caption: Artur Vanetsyan

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Prezident Armen Sarkisyan daha sonra Vanetsyanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad edib, - REF/RL xəbər verir.

Paşinyan sentyabrın 16-da mətbuat konfransında deyib ki, o, Artur Vanetsyanın vəzifəsindən uzaqlaşdırılması üçün qərar qəbul edib və qərarın "ikitərəfli razılığa" əsaslandığını qeyd edib.

Prezident Armen Sarkisyan daha sonra Vanetsyanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Açıqlamasında Vanetsyan istefa etdiyini və Paşinyanın iş metodlarını tənqid etdiyini iddia edib.

Mətbuat konfransı zamanı Vanetsyanın işindən narazı qalıb-qalmadığını soruşduqda Paşinyan deyib: “Milli Təhlükəsizlik Xidməti rəhbərinin işi açıq şəkildə müzakirə edilə biləcək bir şey deyil”.

Paşinyan eyni zamanda deyib ki, Ermənistan Futbol Federasiyasının rəhbəri olaraq hələ də qalmaqda olan Vanetsyan bundan sonra Ermənistanın milli futbol komandasına Avropa çempionatının finalına vəsiqə qazanmasına kömək etmək vəzifəsinə fokuslanmalıdır.

Təhlükəsizlik işçisi olan Vanetsyan Paşinyanın hakimiyyətə gəlməsindən az sonra, 2018-ci ilin mayında Milli Təhlükəsizlik Xidmətinin başçısı olaraq vəzifəyə gəlib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/75dmcz

Most Viewed