Şəhla Veyisova

Source: Foto: Meydan tv

Caption: Şəhla Veyisova

“Bu ölkənin yiyəsi varmı-yoxmu, başa düşə bilmirəm“

Şamaxı sakini problemlərinin həll olunmamasından narazıdır

Şamaxı şəhər sakini Şəhla Veyisova övladını həyatda saxlamaq üçün mübarizə aparır. Dediyinə görə, hidrosefaliya xəstəliyindən əziyyət çəkən 19 yaşlı Kəmalə Veyisovanın vəziyyəti gündən-günə daha da ağırlaşır.

Şəhla Veyisova söyləyir ki, uşağında baş ağrıları artıb, şəxsiyyət pozğunluğu yaranıb. Əlaqə qurmağı, danışmağı bacarmır, yerişi, hərəkətləri natarazdır, özünü idarə edə bilmir:

“Uşağımın vəziyyəti getdikcə daha da ağırlaşır. Stulda oturur, ikiqat bükülür. Özünü tarazlaya bilmir. Əməliyyatı üçün də böyük məbləğdə pul lazımdır, bizim də ona imkanımız yoxdur. Çox həkimlərə apardıq, dedilər ki, əməliyyat ancaq İsraildə mümkündür. Sonuncu dəfə neyrocərrah Bəhram Milani qızı müayinə etdi, dedi ki, beynində şuntlama əməliyyatı aparılmalıdır. Bundan sonra düzgün müalicə də aparıldırdan sonra Kəmalə tamamilə sağlamlığına qovuşacaq. Bu əməliyyat da çox bahalıdır, 30 min manat pul lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Həyat yoldaşım gedib, orda-burda fəhləlik eləyir. Günəmuzd 5-6 manat qazanır. Həkimlər də deyir ki, tezliklə müalicə olunmasa, getdikcə vəziyyəti daha da ağırlaşacaq”.

Şikayətçinin problemi bununa kifayətlənmir. Söylədiyinə görə, Şamaxı Mərkəzi Rayon Xəstəxanası övladına əllilik dərəcəsi almaq məsələsində yardımçı olmur:

“İmkanımız yoxdur ki, əməliyyat etdirək. Bir yandan da əlillik dərəcəsi ala bilmirik. Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev əvvəlcə dedi ki, qızıma birinci qrup düşmür. Uşaq gərək Maştağadakı psixatriya xəstəxanasında (1 nömrəli Respublika Psixiatriya Xəstəxanası-red.) yatmalıdır. Uşağı 7-8 ay əvvəl apardım, orada yatdı. Sənəd gətirdik, Səməd doktor bizimlə yenə razılaşmadı, sənədləri sistemə vurmadı. Bu il sentyabrın əvvəlində uşağı Bakıya, Psixi Sağlamlıq Mərkəzinə apardım. Orada müayinə etdilər, həkimlər baxdılar ki, qızın vəziyyəti yaxşı deyil, köməklə idarə olunur. Onların verdiyi kağızı gətirdim, Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyevə verdim. Mənə dedi ki, siz təkrar gedib, Maştağada yatmalısınız, kağız oradan təsdiq olunmalıdır. Mən də ona dedim ki, axı uşaq orada bir dəfə yatıb, niyə məni incidirsiniz? O da dedi ki, çıxın bayıra. Əlimdəki sənədlərə baxmamış, məni iş otağından qovaraq, çıxardı. Digər bir həkimə zəng edib, onu acıladı ki, sizə demişəm axı, pensiya ilə əlaqədar yanıma adam göndərməyin.

Stasionar çıxarış

Stasionar çıxarış

Source: Foto: Meydan tv

Belə haqsızlıq olmaz axı, xəstə uşaqla Şamaxı-Bakı yolunda qalmışam. Məni gah ora-gah bura göndərirlər. Artıq həyatımdan bezmişəm. Bu ölkənin yiyəsi varmı-yoxmu, başa düşə bilmirəm. Uşağa yalandan qrup almağa çalışmıram ki? Onun xəstəliyi göz qabağındadır. Vəziyyəti ildən-ilə ağırlaşır”.

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev 20 gün öncə vəzifəsindən azad edilib.

Buna səbəb xəstəxana ərazisində yaşıllığa zərbə vurması göstərilir.

Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən aparılan reyd zamanı müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Bununla bağlı akt tərtib olunub, qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

Xəstəxanadan Şəhla Veyisovanın şikayətinə münasibət öyrənmək mümkün olmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iuuygs

Most Viewed