”Bir tələbə üçün 200 manat yataqxana xərci anormaldır”

Əgər fondun məqsədi budursa, onda adambaşı 350 manat olan qiyməti yerli tələbələr üçün 200, ya da 250 manata endirməli, müsabiqəli əsaslarla tələbələri seçməlidir, əgər tələb çox olarsa.

Source: google.az


Hüquqşünas sual edir: ''Heydər Əliyev Fondu kommersiya lahiyələrini maliyyələşdirə bilərmi?''

Heydər Əliyev Fondunun dəstəyi ilə martda paytaxtın Dədə Qorqud parkı yaxınlığında tələbə şəhərciyi istifadəyə verilib. 632 tələbə üçün nəzərdə tutulan yataqxana mebellərlə təchiz olunub, yeməkxanası, camaşırxanası, idman zalları da var.

Yataqxananın saytında bildirilir ki, 4 nəfərlik otaqlarda bir nəfərin qalması 200 AZN, gündə 3 dəfə yemək üçün aylıq ödəniş 150 manatdır.

Qiymətləri tələbələr üçün münasib sayan Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev hesab edir ki, hər böyük holdinq, ölkədən digər sahələrdə pul qazanan böyük şirkət 2-3 belə yer açsa, minlərlə gənc, tələbə addımbaşı zəhlətökən, evdən çıxarmaqla hədələyən ev sahiblərindən, yemək bişirmək, kommunal xidmətlərə vaxt ayırmaq və s. kimi problemlərdən xilas ola bilər:

“Bir neçə böyük holdinq qoşulsa, qiymətləri də xeyli aşağı salmaq olar ki, tələbələr ucuz və rahat yaşasınlar”. B.Hacıyev müqayisə üçün tələbələrin kirayədə qaldığını xatırladaraq bildirib ki, “Kubinka”da 2 otaqlı evdə 4 nəfərin qalmasının qiymətini böyük bir binada bütün kommunal xidmətlər və bütün binadan, xidmətlərdən istifadə qiymətləri ilə müqayisə doğru deyil. Biri var 2 otaqlı 40 kvadrat metrlik evlə məhdudlaşırsan, biri də var 60 kvadratmetrlik otaqdan yatmaq üçün istifadə edirsən, qalan bütün bina və xidmətlər ixtiyarındadır, bütün kommunal və digər xərclər də içində”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

O, təklif edir ki, dövlət 10 belə pulsuz bina tiksin, tələbələrə pulsuz versin. Yaxud ən azından 50-100 manatarası qiymət olsun, tələbə təqaüdləri 300 AZN olsun. Amma özəl bir layihədə bu qədər xidmətlərlə özəl yataqxana qiymətini 2 otaqlı evin qiymətləri ilə müqayisə, çox səhv baxışdan xəbər verir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, 4 nəfərlik otaqda 1 tələbə üçün 200 manat anormal qiymətdir, 800 manat pul edir, bu, artıq kommersiyadır.

Q.İbadoğlu çalışdığı ABŞ-ın Rutgers Universitetini misal çəkərək bildirib ki, tələbələr üçün gündəlik qida və təhsil xərcləri bu ölkədə Azərbaycanla müqayisədə çoxdur:

Qubad İbadoğlu foto Meydan TV
Qubad İbadoğlu

“Ancaq orda yaşayış və qidayla bağlı seçim imkanları çox genişdir, yəni çox müxtəlif məsafəsindən və şəraitindən asılı olaraq yaşayş yerləri təklif olunur. Eyni zamanda, yemək çeidləri kifayət qədər çoxdur, gündə 3 dəfə yemək xərcləri 8 dollardır. Amma yeməyi təklif edən restoranlar çoxsaylı çeşidlər təqdim edirlər, hətta yeməkdən əlavə dondurma və dondurulmuş 10 çeşiddə yoqurt olur. İnanmıram həmin yataqxanada bunlar olsun. Qiymətinə gəlincə, 150 manat yeməyin çeşidlərindən asılıdır, əgər sadə yemək olacaqsa, çox bahadır. Yaşayış xərclərinə gəlincə, Azərbaycan tələbəsi üçün 4 nəfərlik otaqda 200 manat anormal qiymətdir. Əgər internet, mebeli və tələbə üçün digər tələb olunan vəsaitlər də daxil ayrıca bir otaqda 1 nəfər üçün 200 manat istəyərdilərsə, normal sayardım”.

Hüquqşünas Fərhad Mehdiyev sual edir ki, Heydər Əliyev Fondu kommersiya lahiyələrini maliyyələşdirə bilərmi? Məsələn, Univerium yataqxanasını maliyyələşdirdiyi kimi:

“İnzibati hüquq və hüquqi dövlət nəzəriyyəsinə görə bunun cavabı xeyrdir”.

Hüquqşünas xatırladır ki, Heydər Əliyev Fondunun hüquqi statusu mübahisəlidir. O mənada ki, fondun dövlət, yoxsa qeyri-dövlət qurumu, kommersiya, ya da qeyri-kommersiya təşkilatı olması daha dəqiq olaraq ortaya qoyulmayıb:

“Amma hüquqi analiz aparılsa, əldə olan məlumatlara əsasən deyə bilərik ki, fond, Dövlət Neft Fondu kimi əslində publik bir qurumdur. Çünkü fondun kifayət qədər ciddi olan büdcəsinin şəxsi dotasiyalar hesabına formalaşması çox inandırıcı görünmür. Publik qurumların əsl məqsədi ictimai maraq üçün fəaliyyət göstərməkdir. Kommersiya lahiyələrində ictimai maraq olmur, onu pul qazanmaq üçün başladırlar.

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

Bu fikirlərimə kontr-arqument kimi düşünə bilərsiniz ki, fondun dəstəyi olmasa da, ölkədə bir dənə də olsa abırlı bütün tələbələrin istifadəsinə açıq yataqxana olmayacaqdı. Əgər fondun məqsədi budursa, onda adambaşı 350 manat olan qiyməti yerli tələbələr üçün 200, ya da 250 manata endirməli, müsabiqəli əsaslarla tələbələri seçməlidir, əgər tələb çox olarsa. Onda bu lahiyə sosial lahiyə olardı, kommersiya lahiyəsi deyil”.

3.jpg
yataqxana
Ana səhifəXəbərlər”Bir tələbə üçün 200 manat yataqxana xərci anormaldır”